Müvəqqəti yaşayış icazəsinin alınması

25 May 2024by info@acon.az0
AllBloq

Bir çox əcnəbilər Azərbaycan Respublikasında yaşamaq məqsədilə müvəqqəti yaşayış icazəsinin alınması üçün müraciət edirlər. Lakin bu prosesin mürəkkəb olması, diqqət edilməli bir çox məqamların olması və şəxslərin qeyri-peşəkar şəkildə etdiyi müraciətlər onların bəzən uğursuz nəticələrlə qarşılaşmasına səbəb olur. Bu səbəbdən də müvəqqəti yaşayış icazəsinin alınması prosedurunu düzgün bilmək və peşəkarların dəstəyindən istifadə etmək sizi həm maddi, həm də vaxt itksindən sığortalaya bilər.

Əcnəbilər müvəqqəti yaşayış icazəsinin (residence permit in Azerbaijan) alınmasının detalları barədə ingilis dilində olan blog səhifədə daha ətraflı məlumat ala bilərlər.

Müvəqqəti yaşayış icazəsi üçün müraciət proseduru və əsaslar

Digər ölkə vətəndaşları və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycanda müvəqqəti yaşamaq istəyirsə belə olan halda müvəqqəti yaşayış icazəsi üçün Dövlət Miqrasiya xidmətinə müraciət etməlidir. Müvəqqəti yaşayış icazəsinə müraciət etmək üçün siz mütləq ölkədə olmalısınız.

Müvəqqəti yaşayış icazəsinin alınması üçün müxtəlif əsaslar mövcuddur. Bu əsaslardan bəzilərinə praktikada daha çox rast gəlinir. Həmin əsasları aşağıda qeyd edirik:

  1. Azərbaycan Respublikasında yerləşən banklardan birində minimum 100000 AZN məbləğində depozit qoymaqla;
  2. Azərbaycan Respublikasında ümumi dəyəri minimum 100000 AZN məbləğində olan daşınmaz əmlakı olduqda. Qeyd edək ki, bu halda bir neçə daşınmaz əmlakın ümumi dəyərinin minimum 100000 AZN olması da qəbul ediləndir;
  3. Azərbaycanda hüquqi şəxs (şirkət) təsis etdikdə. Qeyd edək ki, belə olan halda təsisçi və ya direktor kimi yaşayış icazəsinə müraciət etmək mümkündür. Praktikada adətən MMC tipində hüquqi şəxslərin yaradılmasına təsadüf edilir. Bunu da qeyd edək ki,direktor kimi müvəqqəti yaşayış icazəsinə müraciət edirsinizsə direktoru olduğunuz şirkətin nizamnamə balansı ən azı 50000 AZN olmalıdır. Təsisçi kimi müraciət edirsinizsə şirkətin ən azı 5 nəfər tam ştat azərbaycanlı işçisi olması mütləqdir.
  4. Azərbaycan Respublikası vətəndaşı olan yaxın qohumlarınız olduqda və ya Azərbaycan Respublikasında müvəqqəti/daimi yaşayış icazəsi olan ailə üzvləriniz olduqda. Burada yaxın qohumlar dedikdə ana, ata, baba, nənə, qardaş, bacı və onların uşaqları nəzərdə tutulur. Müvəqqəti və ya daimi yaşayış icazəsi olan ailə üzvləri dedikdə isə ər/arvad, övlad, valideynlər nəzərdə tutulur.
  5. İş icazəsi əsasında yaşayış icazəsinin alınması.

Müvəqqəti yaşayış icazəsi üçün tələb edilən sənədlər

Ümumilikdə müvəqqəti yaşayış icazəsinə müraciət edilən zaman tələb edilən müəyyən sənədlər mövcuddur. Bu sənədlər aşağıdakılardır:

  1. Pasport;
  2. Viza;
  3. Tibbi arayış;
  4. Fotoşəkil;
  5. Müvəqqəti qeydiyyata alınacağınız ünvan üzrə ev qeydiyyat sənədləri;
  6. Müraciət nümayəndəniz tərəfindən edilirsə etibarnamə;
  7. Bank depoziti əsasında müraciət edirsinizsə bunu təsdiq edən deıpozit müqaviləsi və bankdan arayış;
  8. Daşınmaz əmlak əsasında müraciət edirsinizsə daşınmaz əmlakın və ya əmlakların çıxarışları, texniki pasortları, əmlakın (ların) qiymətləndirilməsi ilə bağlı arayış;
  9. Hüquqi şəxs əsasında müraciət edirsinizsə hüquqi şəxsin notarial qaydada təsdiq edilmiş təsis sənədləri, direktorun təyin edilməsi barədə qərar. Nizamnamə kapitalının miqdarını təsdiq edən sənəd. Təsisçi kimi müraciət edirsinizsə azərbaycanlı işçilərin əmək müqaviləsi bildirişləri.
  10. Yaxın qohumları Azərbaycan Respublikası vətəndaşı olan şəxslər üçün, habelə ailə üzvlərinin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayış icazəsi olan şəxslər üçün əlavə olaraq bu şəxslər tərəfindən verilmiş razılıq ərizəsi də tələb olunur.

Yaşayış icazəsinin müddəti

Bir məsələni də qeyd edək ki, əgər sizin Azərbaycanda müvəqqəti yaşayış icazəsin varsa, sizin 18 yaşına çatmamış övladlarınız, 65 yaşından yuxarı olan valideynləriniz və həyat yoldaşınız sizin əsasınızda yaşayış icazəsinə müraciət edə bilər.

Dövlət Miqrasiya Xidmətinə müraciət etdikdən sonra müraciətinizə 15-20 iş günü ərzində baxılaraq qərar qəbul edilir. Qeyd edək ki, ilk müraciətiniz zamanı sizə müvəqqəti yaşayış icazəsi 1 ilə qədər verilə bilər.

Müvəqqəti yaşayış icazəsi üçün müraciət qaydası

1 illik müddətin tamamlanmasına ən az 30 gün qalmış yenidən eyni sənədlərlə müvəqqəti yaşayış icazəsinin uzadılması ilə bağlı Miqrasiya Xidmətinə müraciət edə bilərsiniz. Belə olan halda uzatmanın müddəti 2 ilə qədər ola bilər. Uzadılmaların sayı məhdudlaşdırılmır. Miqrasiya Xidmətinə elektron qaydada və ya ASAN Xidmət mərkəzlərinə yaxınlaşaraq müraciət etmək mümkündür.

Müvəqqəti yaşayış icazəsinə müraciət edən zaman diqqət edilməli məqamlar

Qeyd edək ki, müvəqqəti yaşayış icazəsinin alınması bir sıra mərhələlərdən ibarətdir. Bu mərhələlərdən ən vacibi isə sənədlərin düzgün hazırlanmasıdır. Praktikamıza əsaslanaraq qeyd etməliyik ki, bəzi şəxslərin bu prosesdə yol verdiyi ən kiçik səhv  belə sizə Miqrasiya Xidməti tərəfindən imtina verilməsinə səbəb olur. Bu isə sizin üçün həm zaman, həm də maddi itkilərlə nəticələnə bilər.

Nəzərə alın ki, viza üzrə ölkəyə gəlmisinizsə ölkədə olma müddətiniz cəmi 30 gündür, viza tələb edilməyən ölkənin vətəndaşısınızsa bu müddət 60-90 gün arasında dəyişə bilər. Bu müddətlərin kifayət qədər məhdud olduğunu nəzərə alsaq işinizin operativ şəkildə görülməsi və qısa zaman içində lazımi prosedur qaydalara əməl edilərək Miqrasiya Xidmətinə müraciət edilməsini komandamızın peşəkar miqrasiya hüquqşünaslarına həvalə edə bilərsiniz.

Müvəqqəti yaşayış icazəsinin alınması üçün sizə təklif etdiyimiz xidmətlər

Komandamızın miqrasiya sahəsində ixtisaslaşmış peşəkar hüquqşünasları Sizə müvəqqəti yaşayış icazəsinin alınmasına dair aşağıdakı xidmətləri təklif edir:

  • İlkin konsultasiya;
  • İcazənin alınması üçün müvafiq sənədlərin hazırlanması;
  • Miqrasiya xidmətinə müraciət və Dövlət Miqrasiya Xidmətində təmsilçilik.

Peşəkar hüquqşünaslarımız sizə Dövlət Miqrasiya Xidmətinə müraciət etməkdən başlayaraq, sizin üçün müvafiq icazələrin alınmasına qədər olan mərhələdə təmsilçiliklə bağlı xidmətləri təklif edir. Əgər Siz də müvəqqəti yaşayış icazələrinizin alınması prosedurunu miqrasiya sahəsində ixtisaslaşmış peşəkar huquqşünaslara həvalə etmək istəyirsinizsə bizimlə əlaqə saxlaya bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

VƏKİL XİDMƏTİOfis
Hüquqi xidmətlərdən yararlanmaq üçün bizə müraciət edə bilərsiniz
AZ1025, Azure Biznes Mərkəzi, 26-cı mərtəbə, 165B Bakı, Azərbaycan
Bizimlə əlaqəSosial şəbəkələr
Sosial mediada bizi izləyin!
Bizimlə əlaqəSosial şəbəkələr
Sosial mediada bizi izləyin!
MenyuFaydalı keçidlər
MenyuFaydalı keçidlər
ACONOffice
Reach out or visit our office to access ACON's exceptional services for your needs
GET IN TOUCHACON Social Links
Follow us on social media to stay updated and connected with ACON