Vətəndaşlığın əldə edilməsi

25 May 2024by info@acon.az0
AllBloq

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxsləri, xüsusən də Azərbaycan Reespublikası vətədaşları ilə qohumluq əlaqələri olmuş şəxsləri ən çox maraqlandıran məsələlərdən biri də Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi ilə bağlıdır. İlk öncə qeyd edək ki, bu proses kifayət qədər mürəkkəb və zaman tələb edən bir proses hesab edilir.

Vətəndaşlığın əldə olunması üçün tələb edilən şərtlər

Azərbaycan Respublikasının vətəndaşlığının əldə edilməsi üçün bir sıra şərtlər mövcuddur:

  • Son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla Azərbaycan Respublikası ərazisində daimi yaşamaq;
  • Qanuni gəlir mənbəyinin olması;
  • Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürmək;
  • Azərbaycan Respublikasının dövlət dilini bilmək;

Qeyd edilən şərtlər ödənildiyi təqdirdə əcnəbi və vətəndaşlığı olmayan şəxs qanunvericiliyə uyğun olaraq öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul  edilə bilər.

Vətəndaşlığın əldə olunması üçün tələb olunan sənədlər

Vətəndaşlığa müraciət etmək bir sıra sənədlərin siyahsı qanunvericilikdə müəyyən edilmişdir. Bu proses üçün tələb edilən sənədlər aşağıdakılardır:

  • Azərbaycan Respublikası Prezidentinin adına ərizə;
  • Tərcümeyi-hal;
  • Fotoşəkil;
  • Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış;
  • Pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (həmin sənədlərə malik olmayan şəxslər istisna olmaqla)-(notariat qaydasında təsdiq edilmiş tərcüməsinin əlavə olunması);
  • Qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd;

Şəxs işləmirsə Azərbaycan Respublikası vətəndaşı tərəfindən öhdəliyə götürülə bilər. Bu zaman lazım olan sənədlər aşağıdakılardır:

  • Öhdəliyə götürən şəxsin öhdəlik ərizəsi (notariat qaydada təsdiqli);
  • Öhdəliyə götürən şəxsin şəxsiyyət vəsiqəsi (notariat qaydada təsdiqli);
  • Öhdəliyə götürən şəxsin qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd;
  • Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin surəti;
  • Elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olan şəxslər üçün – onu Azərbaycan Respublikasına dəvət edən dövlət orqanının əsaslandırılmış vəsatəti;
  • Azərbaycan Respublikasının vətəndaşları olan yaxın qohumlarının şəxsiyyət vəsiqələrinin surətləri (olduğu halda);
  • Əgər yetkinlik yaşına çatmamış övladlarınızla birlikdə müraciət edirsinizsə, digər valideynin razılıq ərizəsi, digər valideynin pasportunun surəti, nikah haqqında şəhadətnamənin surəti, 14-18 yaşlı uşaqların razılıq ərizələri.

Vətəndaşlığa qəbul edilmə ilə bağlı qeyd olunan sənədlərlə Dövlət Miqrasiya Xidmətinə müraciət edilməlidir.

Vətəndaşlığın əldə olunması ilə bağlı Sizə təklif etdiyimiz xidmətlər

Komandamızın peşəkar hüquqşünasları vətəndaşlığın əldə edilməsi istiqamətində sizə öz professional xidmətlərini təklif edir. Qeyd etdiyimiz kimi bu proses kifayət qədər mürəkkəb və vaxt tələb edən prosesdir. Proses zamanı yol verilən ən kiçik bir yalnış belə sizin üçün əlavə vaxt itkisinə səbəb ola bilər.

Vətəndaşlığın əldə olunması ilə bağlı sizə sənədlərin hazırlanması, müraciətinizin edilməsi və sonrakı mərhələdə izlənilməsi, habelə, proses boyunca sizin Dövlət Miqrasiya Xidməti və əlaqəli dövlət qurumların təmsil edilməsi ilə bağlı xidmətlərimizi təklif edirik. Əgər siz də öz işinizi peşəkarlara həvalə etmək istəyirsinizsə bizimlə əlaqə saxlaya bilərsiniz.

Vətəndaşlıq və digər miqrasiya hüquqi xidmətləri ilə bağlı linkə keçid etməklə daha ətraflı məlumat əldə edə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

VƏKİL XİDMƏTİOfis
Hüquqi xidmətlərdən yararlanmaq üçün bizə müraciət edə bilərsiniz
AZ1025, Azure Biznes Mərkəzi, 26-cı mərtəbə, 165B Bakı, Azərbaycan
Bizimlə əlaqəSosial şəbəkələr
Sosial mediada bizi izləyin!
Bizimlə əlaqəSosial şəbəkələr
Sosial mediada bizi izləyin!
MenyuFaydalı keçidlər
MenyuFaydalı keçidlər
ACONOffice
Reach out or visit our office to access ACON's exceptional services for your needs
GET IN TOUCHACON Social Links
Follow us on social media to stay updated and connected with ACON