Vergi cinayətləri üzrə vəkil xidmətləri

25 May 2024by info@acon.az0
AllBloq

İqtisadi sahədə həyata keçirilən cinayətlərdən biri də vergi sahəsində olan cinayətlərlə bağlıdır. Bəzən sahibkarlar tərəfindən bilərəkdən, diqqətsizlikdən və ya məlumatsızlıqdan sahibkarlıqla bağlı qaydalar və ya vergi qanunvericiliyin normaları pozularaq bu sahədə cinayətlərə yol verilir. Bu kimi hallarla qarşılaşmısınızsa müdafiəçinin köməyindən istifadə etməyiniz daha məqsədə müvafiqdir.

Vergi sahəsində törədilən cinayətlər hansılardır?

İqtisadi sahədə bir sıra cinayətlər və onlara müvafiq cəzalar cinayət qanunvericiliyində nəzərdə tutulmuşdur. Belə ki, bu tipli cinayətlərə, vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, qanunsuz sahibkarlıqla məşğul olma, yalançı sahibkarlıqla məşğul olma və s kimi cinayətləri aid etmək olar.

Vergidən yayınma

Vergidən yayınma dedikdə xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma nəzərdə tutulur. Qeyd edilənə əsasən burada “xeyli miqdar” dedikdə əlli min manatdan iki yüz min manata qədər olan məbləğ, “külli miqdar” dedikdə iki yüz min manatdan, beş yüz min manata qədər olan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.

Vergilərin və ya müvafiq dövlət ödənişlərinin ödənilməməsi ilə bağlı cinayətlər əsasən 2 cür törədilə bilər. Birinci halda, vergilərin və dövlət ödənişlərinin ödənilməsi prosesində saxta mühasibatlıq və vergi sənədləri hazırlanmaqla bu proses həyata keçirilə bilər. İkinci halda isə sadəcə ödənişləri ödəməkdən yayınmaqla həyata keçirilə bilər.

Vergi cinayətləri baş verən zaman cinayəti törədən şəxsin kimliyinin müəyyən edilməsi də zəruridir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin fəaliyyəti zamanı bəzən vergilərin ödənilməməsi mühasibatlıq işlərini aparan şəxslərin və ya sahibkarların özünün yol verdiyi səhvlər səbəbindən dolayı ola bilər. Bu kimi hallarda sahibkarların məlumatı olmadan onların xeyli miqdarda vergi borcu yığılmış ola bilər. Belə hallarda əgər sizin məsuliyyətə cəlb olunma riskiniz yaranmışdırsa və ya barənizdə cinayət işi başlanılmışdırsa hüquqlarınızın düzgün qaydada müdafiə olunması üçün vəkilin köməyindən istifadə edə bilərsiniz.

Vergi Cinayətləri üzrə Vəkilin Rolu

Belə ki, vəkilin bu kimi işlərdə əsas rolu işin hallarının araşdırılması, iş üzrə lazımi sənədlərin hazırlanması, sübutların toplanılması və təqdim edilməsi, iş üzrə hüquq mühafizə orqanların və məhkəmədə təmsilçilikdən ibarətdir. Bu tipli işlər üzrə ən önəmli olan məqamlardan biri sübutların toplanıb təqdim edilməsi ilə bağlıdır, bəzən haqlı olduğunuz halda belə düzgün sübutların təqdim edilməməsi səbəbilə haqsız vəziyyətə gələ bilərsiniz. Bu kimi halların yaşanmaması üçün peşəkarlara müraciət etməyiniz zəruridir.

Əgər siz də sahibkarlıq fəaliyyətinizlə əlaqəli olaraq vergi sahəsində baş vermiş cinayətlərlə bağlı olan işlərdə təqsirləndirilən və ya şübhəli şəxs qismində çıxış edirsinizsə komandamızın peşəkar vəkilləri ilə əlaqə saxlayaraq hüquqlarınızın müdafiəsini təmin edə bilərsiniz!

Vergi hüququ üzrə digər xidmətlərimizlə tanış olub, ətraflı məlumat almaq istəyirsinizsə Vergi Sahəsi üzrə Vəkil Xidmətləri səhifəsinə də baş çəkə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

VƏKİL XİDMƏTİOfis
Hüquqi xidmətlərdən yararlanmaq üçün bizə müraciət edə bilərsiniz
AZ1025, Azure Biznes Mərkəzi, 26-cı mərtəbə, 165B Bakı, Azərbaycan
Bizimlə əlaqəSosial şəbəkələr
Sosial mediada bizi izləyin!
Bizimlə əlaqəSosial şəbəkələr
Sosial mediada bizi izləyin!
MenyuFaydalı keçidlər
MenyuFaydalı keçidlər
ACONOffice
Reach out or visit our office to access ACON's exceptional services for your needs
GET IN TOUCHACON Social Links
Follow us on social media to stay updated and connected with ACON