Şəxslərin, xüsusən də, Azərbaycanda doğulmuş və daha sonra digər ölkəyə köçmüş şəxslərin əvvəllər Azərbaycanda əldə etdikləri sənədlərin surətini və ya əslini əldə etmək zərurəti yaranır. Belə olan halda bu sənədlərin verildiyi tarixdən asılı olaraq arxiv idarələrinə və ya müvafiq dövlət qurumlarına müraciət etmək zərurəti yaranır.
Əgər şəxsin sənədləri köhnə illərə aid olan sənədlərdirsə bu sənədlərin yenidən əldə olunması, və ya arxvi arayışlarının, arxivdən çıxarışların əldə edilməsi üçün arxiv idarələrinə və ya onların ASAN xidmət mərkəzlərindəki bölmələrinə müraciət etmək mümkündür.
Əgər vətəndaş vəziyyəti aktlarını təkrar əldə etmək istəyirsinizsə, bu proseslə bağlı da ASAN xidmət mərkəzlərinə və ya birbaşa qeydiyyat şöbələrinə müraciət etmək mümkündür.
Nümayəndə vasitəsilə sənədlərin əldə olunması
Əgər siz Azərbaycan Respublikasında deyilsinizsə və burada olan sənədin əldə olunması ilə bağlı müraciət etmək istəyirsinizsə bunu nümayəndəniz vasitəsilə edə bilərsiniz. Bunun üçün tələb olunan şərt sizin adınızdan sizi təmsil edəcək şəxsə etibarnamənin verilməsi və əldə etmək istədiyiniz sənəd haqqında detallı məlumatların, əgər varsa sənədin surətinin təqdim edilməsidir.
Bundan əlavə əldə olunacaq sənədin növündən asılı olaraq müvafiq qaydada dövlət rüsumu da ödənilməlidir. Sadəcə bu prosesdən keçdikdən sonra sənədləriniz müəyyən olunmuş iş günləri müddətinə, adətən bir həftə və ya on gün arasında hazır olur.
Bu sahədə sizə təklif etdiyimiz xidmətlər
Rəsmi sənədlər bizə bir sıra məqsədlər üçün – iş, təhsil, yaşayış və digər səbəblərdən lazım ola bilir. BU sənədlərin əldə edilməsi ilə siz bəzən ən vacib işlərinizi həll etmiş ola bilirsiniz. Bu səbəbdən də qeyd edilən prosesin daha tez və operativ qaydada tamamlanması üçün siz bu prosesi peşəkar hüquqşünaslara həvalə edə bilərsiniz. Belə ki, komandamızın peşəkar hüquqşünasları bu istiqamətdə sizə bir sıra xidmətlər təklif edir. Hüquqi xidmətlərimiz aşağıdakılardır:
- sənədlərinizin əldə edilməsi üçün rəsmi qaydada müraciətlərin və sorğuların verilməsi;
- müxtəlif dövlət qurumları və arxvi idarələri qarşısında təmsilçilik;
- sənədləriniz təhvil alındıqdan sonra sizə göndərilməsi.
Əgər siz zəruri olan hansısa sənədi əldə etmək istəyirsinizsə bizimlə əlaqə saxlaya və prosesə elə indi başlaya bilırsiniz.