Azərbaycanda hüquqi xidmətlər

Miqrasiya işləri
Hüquqi xidmətlər

Miqrasiya sahəsi əsasən xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasına yaşamaq və işləmək üçün gəlməsi ilə bağlı yaranan məsələləri, həmçinin vətəndaşlıq sahəsində olan məsələləri tənzimləyir.

Müvəqqəti yaşayış icazəsi

Digər ölkə vətəndaşları və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycanda müvəqqəti yaşamaq istəyirsə belə olan halda müvəqqəti yaşayış icazəsi üçün Dövlət Miqrasiya xidmətinə müraciət etməlidir. Müvəqqəti yaşayış icazəsinə müraciət etmək üçün siz mütləq ölkədə olmalısınız.

Müvəqqəti yaşayış icazəsinin alınması üçün hansı əsaslar var?

Müvəqqəti yaşayış icazəsinin alınması üçün müxtəlif əsaslar:

  • Minimum 100000 AZN məbləğində depozit qoymaqla;
  • Minimum 100000 AZN məbləğində olan daşınmaz əmlakı olduqda;
  • Azərbaycanda hüquqi şəxs (şirkət) təsis etdikdə. Direktor kimi müvəqqəti yaşayış icazəsinə müraciət edirsinizsə direktoru olduğunuz şirkətin nizamnamə balansı ən azı 50000 AZN olmalıdır;
  • Azərbaycan Respublikası vətəndaşı olan yaxın qohumlarınız olduqda;
  • İş icazəsi əsasında yaşayış icazəsinin alınması.

Müvəqqəti yaşayış icazəsi zamanı hansı sənədlər tələb olunur?

Müvəqqəti yaşayış icazəsinə müraciət edilən zaman tələb edilən sənədlər:

  1. Pasport;
  2. Viza;
  3. Tibbi arayış;
  4. Fotoşəkil;
  5. Ev qeydiyyat sənədləri;
  6. Müraciət nümayəndəniz tərəfindən edilirsə etibarnamə;
  7. Bank depoziti əsasında müraciət edirsinizsə bunu təsdiq edən depozit müqaviləsi və bankdan arayış;
  8. Daşınmaz əmlak əsasında müraciət edirsinizsə daşınmaz əmlakın və ya əmlakların çıxarışları, texniki pasortları, əmlakın (ların) qiymətləndirilməsi ilə bağlı arayış;
  9. Hüquqi şəxs əsasında müraciət edirsinizsə hüquqi şəxsin notarial qaydada təsdiq edilmiş təsis sənədləri, direktorun təyin edilməsi barədə qərar. Nizamnamə kapitalının miqdarını təsdiq edən sənəd. Təsisçi kimi müraciət edirsinizsə azərbaycanlı işçilərin əmək müqaviləsi bildirişləri.
  10. Yaxın qohumları Azərbaycan Respublikası vətəndaşı olan şəxslər üçün, habelə ailə üzvlərinin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayış icazəsi olan şəxslər üçün əlavə olaraq bu şəxslər tərəfindən verilmiş razılıq ərizəsi də tələb olunur.

Daimi yaşayış icazəsi

Müvafiq icazə əsasında son 2 il ərzində fasiləsiz olaraq Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər daimi yaşayış icazəsinə müraciət edə bilərlər.

Daimi yaşayış icazəsi 5 il müddətinə verilir.

Daimi yaşayış icazəsinin alınması üçün əsaslar:

  • atası, anası, əri (arvadı), övladı, bacısı və ya qardaşı Azərbaycan Respublikasının vətəndaşı olduqda;
  • ölkə iqtisadiyyatına qoyduğu investisiya məbləğinin cəmi azı 500.000 manat olduqda;
  • Azərbaycan Respublikasının ərazisində azı 200.000 manat dəyərində daşınmaz əmlakı olduqda;
  • Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda müddətli əmanət müqaviləsi əsasında azı 200.000 manat məbləğində pul vəsaiti olduqda;
  • Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin ailə üzvü olduqda;
  • xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda;
  • Azərbaycan Respublikasında təsis edilmiş, nizamnamə kapitalı müəyyən edilmiş miqdardan az olmayan, təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri vəzifəsini tutduqda və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olduqda, bu şərtlə ki, rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxsin dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həcmdə olsun;
  • Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda, o şərtlə ki, dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həcmdə olsun.

Daimi yaşayış icazəsi üçün tələb edilən sənədlərin siyahısı

Daimi yaşayış icazəsinə müraciət üçün tələb edilən sənədlərin siyahısı da müvəqqəti yaşayış icazəsinə müraciət edilən zaman təqdim edilən sənədlərlər eynilik təşkil edir.

İş icazəsi

18 yaşına çatmış xarici və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi əldə etməlidirlər. İş icazəsinin əldə edilməsi üçün ən əsas şərt Azərbaycanda rəsmi işə qəbul olunmağınızdır.

İş icazəsinə müraciət edilməsi üçün tələb edilən sənədlər

İş icazəsinə müraciət edilməsi üçün tələb edilən sənədlər:

  1. İşəgötürən müəssisənin təsis sənədlərinin surətlərinin notarial təsdiqi;
  2. İşəgötürən fiziki şəxsdirsə, onun şəxsiyyət vəsiqəsi və VÖEN şəhadətnaməsinin notarial təsdiq edilmiş surətləri;
  3. İşçinin işə cəlb edilməsinin zəruriliyini əsaslandıran arayış;
  4. Sizin ixtisasınızı təsdiq edən sənədin (diplomun, sertifikatın vəs.) notarial təsdiq edilmiş surəti.

Qeyd edək ki, siz ölkədə olmasanız da barənizdə iş icazəsi üçün müraciət edilməsi mümkündür. Əgər sizin işləyəcəyiniz vəzifəni Azərbaycanda yerinə yetirə biləcək yerli vətəndaşların sayı kifayət qədərdirsə belə olan halda sizin seçilmə şansınız azalır. Seçilmə şansını artırmaq üçün ən əsas məsələ isə işçinin işə cəlb edilməsinin zəruriliyini əsaslandıran arayışın düzgün tərtib edilməsidir.

Azərbaycan vətəndaşlığı

Əcnəbiləri, xüsusən də Azərbaycan Respublikası vətəndaşları ilə qohumluq əlaqələri olmuş şəxsləri ən çox maraqlandıran məsələlərdən biri də vətəndaşlıqla bağlıdır. Burada iki əsas məqam mövcuddur:

  • Vətəndaşlığın əldə olunması;
  • Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin tanınması.

Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd  təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs qanunvericiliyə uyğun olaraq öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul  edilə bilər.

Vətəndaşlığa müraciət etmək üçün tələb edilən sənədlər aşağıdakılardır:

  • Azərbaycan Respublikası Prezidentinin adına ərizə;Tərcümeyi-hal;
  • Fotoşəkil;
  • Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış;
  • Pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (həmin sənədlərə malik olmayan şəxslər istisna olmaqla)-(notariat qaydasında təsdiq edilmiş tərcüməsinin əlavə olunması);
  • Qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd;
  • Şəxs işləmirsə Azərbaycan Respublikası vətəndaşı tərəfindən öhdəliyə götürülə bilər. Bu zaman:
  • Öhdəliyə götürən şəxsin öhdəlik ərizəsi (notariat qaydada təsdiqli);
  • Öhdəliyə götürən şəxsin şəxsiyyət vəsiqəsi (notariat qaydada təsdiqli);
  • Öhdəliyə götürən şəxsin qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd;
  • Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin surəti;
  • Azərbaycan Respublikasının vətəndaşları olan yaxın qohumlarının şəxsiyyət vəsiqələrinin surətləri (olduğu halda);
  • Əgər yetkinlik yaşına çatmamış övladlarınızla birlikdə müraciət edirsinizsə, digər valideynin razılıq ərizəsi, digər valideynin pasportunun surəti, nikah haqqında şəhadətnamənin surəti, 14-18 yaşlı uşaqların razılıq ərizələri.

Vətəndaşlığa qəbul edilmə ilə bağlı qeyd olunan sənədlərlə Dövlət Miqrasiya Xidmətinə müraciət edilməlidir. Lakin qeyd etməliyik ki, vətəndaşlığın əldə edilməsi proseduru kifayət qədər uzun vaxt tələb edən və çətin prosedurdur.

Şəxsin mənsubiyyətinin müəyyənləşdirilməsi

Hansı hallarda şəxsin mənsubiyyəti tanınır:

  • Şəxs 1998-ci il oktyabrın 7-dək Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa;
  • Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla);
  • Valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla);
  • Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa;
  • Valideynlərindən biri və ya hər ikisi vətəndaşlığını dəyişərək Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdirsə və ya onların Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmişdirsə;
  • Əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa;
  • 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqındırsa;
  • Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaqdırsa.

Yuxarıda göstərilən hallardan hər hansı biri mövcuddursa sizin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinizin müəyyən edilməsi ilə bağlı icraata sizin sorğunuz əsasında başlanıla bilər.

Şəxsin mənsubiyyətinin tanınması üçün tələb olunan sənədlər

  1. Fotoşəkil;
  2. tərcümeyi-hal;
  3. pasportun və ya şəxsiyyətini təsdiq edən digər sənədin surəti;
  4. doğum haqqında şəhadətnamənin surəti;
  5. yetkinlik yaşına çatmamış uşaqların valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti;
  6. şəxs 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu barədə müvafiq təsdiqedici sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd);
  7. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə;
  8. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda.

Vətəndaşlığa mənsubiyyətin tanınması ilə bağlı icraatımızda olan çoxsaylı işlərə əsasən qeyd edə bilərik ki, bu proses xüsusən sənədləşmə və əsasların düzgün müəyyən edilməsi hissəsində peşəkar dəstək tələb edir. Sizin mənsubiyyətlə bağlı müraciətiniz Dövlət Miqrasiya Xidməti tərəfindən rədd edildiyi halda məhkəmə qaydasında müraciət edərək hüquqlarınızı bərpa edə bilərsiniz. Vətəndaşlığa mənsubiyyətlə bağlı müraciət və bu məsələ ilə bağlı yaranan məhkəmə mübahisələrində təmsilçiliklə bağlı peşəkar komandamıza güvənə bilərsiniz.

QEYD: Əcnəbi vətəndaşlar aşağıdaki linkə keçid etməklə Azərbaycan Respublikasında müxtəlif əsaslarla yaşayış icazələrinin alınması barədə ətraflı məlumat əldə edə bilərlər.

Hüquqi Xidmətlər

Aşağıdaki hüquqi xidmətləri təklif edirik
Bildiyimiz kimi yaşadığımız dünyada cinayətdən təəssüf ki, heç kəs sığortalanmayıb. Cinayət hüququ sahəsi ilə əlaqədar olan işlər ciddi, məsuliyyət tələb edən və kifayət qədər həssas işlərdir.
Kommersiya münasibətləri dedikdə sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranan münasibətlər nəzərdə tutulur. Kommersiya mübahisələri zamanı peşəkar vəkillərimizlə əlaqə saxlayaraq maddi itkilərinizin qarşısını ala bilərsiniz.
Mülki münasibətlər gündəlik həyatımızın əsas hissəsini təşkil edir. Mülki hüquqa dair mübahisələrinizdə peşəkar hüquqi xidmətlərdən yararlanmaq istəyirsinizsə, komandamızın peşəkar vəkilləri ilə əlaqə saxlaya bilərsiniz.
Vergi sahəsində mübahisələr əsasən vergi orqanları ilə ödəyiciləri arasında baş verir. Vergi sahəsində mübahisələr vergilərin vaxtında ödənilməməsi və ya sahibkarlara əsassız vergi borclarının yazılması ilə əlaqəli ola bilər
Əqli mülkiyyət hüququ sizin yaratdığınız və ya sizə məxsus olan hər hansısa ixtiraya, əsərə, əmtəə nişanına, sənayə obyektinə vəs. aid olan hüquqlarınızdır. Əqli mülkiyyət hüququ qeyri-qanuni istifadədən qorunmanı təmin edir.
Miqrasiya xidmətlərinə ehtiyacınız var? Xidmətlərimiz: Müvəqqəti yaşayış, daimi yaşayış və iş icazələrinin alınması, vətəndaşlığa mənsubiyyətin tanınması, qərarların məhkəmədə mübahisələndirilməsi və s
Cəmiyyətdə ailə mübahisələri qaçılmazdır. Belə hassas situasiyalarda mütləq professional hüquqi məsləhət almaq lazım gəlir ki, bu da sizi və maraqlarınızı gələcək risklərdən sığortalayır.
Biznes fəaliyyətinizi komandamızın peşəkar hüquqşünaslarına həvalə edə bilərsiniz. Bu prosesdə bütün detalları nəzərə alaraq sizə istədiyiniz nəticəni ən effektiv şəkildə vermək bizim başlıca məqsədimizdir.
Bankla bağlı hüquqi mübahisəniz var? Barənizdə məhkəməyə müraciət edilir? Elə isə bank hüququ sahəsində ixtisaslaşmış, təcrübəli vəkillərimizin hüquqi yardımından yararlanın. Peşəkar vəkillərimiz sizinlədir.
VƏKİL XİDMƏTİOfis
Hüquqi xidmətlərdən yararlanmaq üçün bizə müraciət edə bilərsiniz
AZ1025, Azure Biznes Mərkəzi, 26-cı mərtəbə, 165B Bakı, Azərbaycan
Bizimlə əlaqəSosial şəbəkələr
Sosial mediada bizi izləyin!
Bizimlə əlaqəSosial şəbəkələr
Sosial mediada bizi izləyin!
MenyuFaydalı keçidlər
MenyuFaydalı keçidlər
ACONOffice
Reach out or visit our office to access ACON's exceptional services for your needs
GET IN TOUCHACON Social Links
Follow us on social media to stay updated and connected with ACON
× BİZƏ YAZIN!