Mənzil mübahisələri mülki hüquqi mübahisələrin bir növü olmaqla mənzil hüquqları hər kəsin pozulmaz konstitusion hüququ hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.
Mənzil mübahisələri
Mənzillər bağlı münasibətlər həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə də tənzimlənir. Mənzillə bağlı bəzən inzibati qurumlar və vətəndaş, və ya fiziki şəxslər arasında mübahisələr yaranır ki, bu mübahisələrin həlli bəzən məhkəməyə qədər gedib çıxır. Mənzil sahəsində praktikada bir sıra mübahisələrlə qarşılaşmaq mümkündür. Bəzən şəxslər mülkiyyətçisi olduqları mənzilin çıxarışı almaqla bağlı müvafiq dövlət qurumları ilə mübahisələr yaşaya bilirlər, bu tip mübahisələrə əsasən inzbati məhkəmələrdə baxılır.