Maliyyə cinayətləri üzrə vəkil xidməti

24 May 2024by info@acon.az0
AllBloq

Maliyyə sahəsində baş verən cinayətlər, cinayət qanunvericiliyində iqtisadi fəaliyyət sahəsində baş verən cinayətlərin tərkib hissəsi kimi qeyd olunmuşdur ki, bu cinayətlərə qanunsuz kredit almaq və kreditdən təyinatı üzrə istifadə etməmə, kreditor borclarını ödəməkdən qəsdən yayınma, qiymətli kağızların buraxılması (emissiyası) qaydalarını pozma, qiymətli kağızlar bazarında manipulyasiyalar, saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, saxta ödəniş alətlərini və ya qiymətli kağız sayılmayan ödəniş sənədlərini hazırlama, əldə etmə və ya satma, saxta aksiz markalarının və məcburi nişanların dövriyyəsi kimi bir sıra cinayətlər aid edilir.

Bu cinayətlərin əsas xüsusiyyəti bilavasitə maliyyə-kredit əməliyyatları ilə əlaqəli olaraq törədilməsidir. Məsələn, qanunsuz kredit almaq və kreditdən təyinatı üzrə istifadə etməmək cinayəti aşağıdakı əlamətlərlə müəyyən olunur:

  1. kreditin alınması;
  2. güzəştli şərtlərlə kreditin alınması;
  3. kreditdən təyinatı üzrə istifadə etməmə.

Qeyd edilən bu əməllər o zaman qanunsuz hesab edilir ki, fərdi sahibkarda və ya təşkilatın rəhbəri kredit alan zaman və ya ondan təyinatı üzrə istifadə etməməsi zamanı bu qeyd edilən əməlləri konkret üsulla törətmiş olur. Bu üsul-banka  və ya digər kreditora təşkilatına fərdi sahibkarın və ya şirkətin təsərrüfat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar vermədir.

Digər bir cinayət əməli isə kreditor borclarını qəsdən ödəməməklə bağlıdır. Bu cinayət obyektiv cəhətdən təşkilat rəhbərinin və ya vətəndaşların kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınmada ifadə olunur. Belə ki, bu əməl o zaman cinayət hesab olunur ki, əməli törədən şəxs bu borcları ödəmə qabiliyyətində olduğu halda borcları ödəməkdən yayınsın.

Qiymətli kağızların qiymətli kağızların buraxılması (emissiyası) qaydalarının pozulmasına görə də cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Dövlətin iqtisadi fəaliyyət sahəsində  əsas yerlərdən birini  qiymətli kağızlar bazarı tutur. Qiymətli kağızların  dövriyyəyə buraxılması üzrə  fəaliyyətə  emissiya deyilir. Cinayətin bilavasitə obyekti-qiymətli kağızlar bazarını nizama salan ictimai münasibətlərdir.. Cinayətin aşağıdakı formaların birində törədilə bilər:

  • qiymətli kağızların emissiya prospetinə bilə-bilə etibarlı olmayan məlumatların daxil edilməsi. Bu hərəkət rəsmi sənədin saxtalaşdırılmasının növlərindən biridir;
  • bilə-bilə etibarlı olmayan məlumatları özündə əks etdirən emissiya prospektinin təsdiq edilməsi;
  • bilə-bilə etibarlı olmayan emissiya nəticələrinin təsdiq edilməsi.

Maliyyə cinayətləri ilə bağlı vəkil xidmətləri

Əgər maliyyə cinayətlərindən zərərçəkmişsinizsə və ya bu cinayətlərdə təqsirləndirilən şəxs qismində çıxış edirsinizsə hər bir halda vəkil xidmətindən istifadə etməyiniz mütləqdir.

Belə ki, bəzən başqa şəxslərin təqsiri üzündən bu cinayətlərə görə məsuliyyət sizin üzərinizdə qala bilər. Bu kimi hallarda düzgün sübutlar və sənədləşmələrlə sizin günahsız olduğunuzu sübut etməyiniz mütləqdir.

Həmçinin, əgər bu cinayətlərdən zərərçəkmiş şəxs qismində çıxış edirsinizsə düzgün hüquqi dəstəklə hüquq mühafizə orqanlarına müraciətlərin edilməsi və hüquqlarınızın müdafiəsi zəruridir.

Komandamızın peşəkar vəkil heyəti sizə hüquq mühafiz orqanlarında təmsilçilik, müvafiq sənədləşmələrin aparılması, sübutların toplanılması, və sizi hüquqlarınızın effektiv müdafiəsi ilə bağlı professional hüquqi xidmətlər təklif edir.

Əgər siz də hüquqlarınızın peşəkar şəkildə müdafiə olunmasını istəyirsinizsə elə indi bizimlə əlaqə saxlaya bilərsiniz!

Cinayət işləri üzrə digər hüquqi xidmətlərimizdən yararlanmaq üçün linkə keçid edə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

VƏKİL XİDMƏTİOfis
Hüquqi xidmətlərdən yararlanmaq üçün bizə müraciət edə bilərsiniz
AZ1025, Azure Biznes Mərkəzi, 26-cı mərtəbə, 165B Bakı, Azərbaycan
Bizimlə əlaqəSosial şəbəkələr
Sosial mediada bizi izləyin!
Bizimlə əlaqəSosial şəbəkələr
Sosial mediada bizi izləyin!
MenyuFaydalı keçidlər
MenyuFaydalı keçidlər
ACONOffice
Reach out or visit our office to access ACON's exceptional services for your needs
GET IN TOUCHACON Social Links
Follow us on social media to stay updated and connected with ACON