Kommersiya münasibətləri dedikdə sahibkarlıq fəaliyyəti ilə əlaqədar, sahibkarlıq subyektləri arasında yaranan münasibətlər nəzərdə tutulur. Kommersiya münasibətlərinin subyekti kimi sahibkarlıqla məşğul olan fiziki şəxslər və hüquqi şəxslər (şirkətlər) nəzərdə tutulur. Kommersiya münasibətlərinin mürəkkəbliyini nəzərə alaraq bu münasibətləri tənzimləmək, həmçinin bu münasibətlərdən yaranan mübahisələri həll etmək üçün peşəkar hüquqi xidmətlərdən istifadə etmək zəruridir.
Kommersiya mübahisələri hansılardır?
Kommersiya mübahisələrinə dair təcrübədə rast gəldiyimiz hüquqi müzakirə mövzusu olan, vətəndaşlara və şirkətlərə maraqlı gələn məqamlar aşağıdakılardır:
1) Kommersiya müqavilələrinin icrası ilə bağlı olan mübahisələr;
2) Borc tələbi ilə bağlı mübahisələr;
3) Kommersiya kreditləri ilə bağlı yaranan mübahisələr;
4) Dəymiş zərərin ödənilməsi ilə bağlı mübahisələr;
İlk öncə qeyd edək ki, kommersiya mübahisələrinə ərazi üzrə müvafiq kommersiya məhkəmələrində baxılır. Hansı kommersiya məhkəməsinə müraciət edəcəyimiz qarşı tərəfin qeydiyyatda olduğu hüquqi ünvandan asılı olaraq dəyişir. Məsələn, əgər məhkəməyə verdiyiniz X MMC-nin hüquqi ünvanı Sumqayıt şəhəridirsə, Sumqayıt Kommersiya məhkəməsinə müraciət edilməlidir, əks halda bu iddianın məhkəmə tərəfindən geri qaytarılması üçün əsasdır.
Hansı hallarda işlərə kommersiya məhkəmələrində baxılır?
Qeyd etdiyimiz kimi kommersiya mübahisələrində tərəflərdən ən az biri sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olmalıdır. Lakin tərəflərdən ən az birinin sahibkarlıq subyekti olması heç də həmişə mübahisəyə kommersiya məhkəməsində baxılacağı anlamına gəlmir. Məsələn, fərdi sahibkarlıqla məşğul olan şəxsin bankla arasında olan mübahisəyə, əgər kredit şəxsi məqsədlər üçün götürülmüşdürsə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılacaqdır.
Əvvəlki qanunvericiliyə əsasən kommersiya mübahisələri üzrə məhkəmədən əvvəl mediasiyaya müraciət etmək vacib olsa da, hazırda bu tələb aradan qalxmışdır.
Pretenziya qaydasına əməl edilməsi
Əgər sahibkarlıq subyektləri arasında müqavilə mövcuddursa və müqavilədə məhkəməyə müraciət etməzdən əvvəl pretenziya qaydasına əməl edilməsi nəzərdə tutulmuşdursa, tərəflər mütləq bu qaydaya əməl etməlidirlər. Əgər müqavilədə nəzərdə tutulmuşdursa şəxs borcu məhkəmə qaydasında tələb etməzdən əvvəl, qarşı tərəfə pretenziya göndərərək borcu konkret müddət ərzində ödəməsini tələb etməli, əks halda məhkəməyə müraciət edəcəyini bildirməlidir.
Kommersiya işləri üzrə iddia müddəti
Kommersiya mübahisələri üzrə məhkəməyə müraciət edilən zaman nəzərə alınmalı məqamlardan biri də iddia müddəti ilə bağlıdır. İddia müddəti, şəxsin məhkəməyə müraciət edə bilmə hüququ olan vaxt periodunu bildirir. Ümumi iddia müddəti 10 il, müqavilə tələbləri ilə bağlı iddia müddəti isə 3 ildir. Qeyd edək ki, bu müddətlər keçdiyi halda da məhkəməyə müraciət etmək olar, lakin unutmayın ki, qarşı tərəf məhkəmədə iddia müddətinin keçdiyini bildirərsə, məhkəmə sizin iddianızı rədd edəcəkdir. Bu səbəbdən də kommersiya işləri üzrə müddətlərə xüsusi diqqətlə yanaşmaq lazımdır.
Məhkəməyə müraciət etməzdən əvvəl sənədlərin qarşı tərəfə göndərilməsi
Kommersiya mübahisələri üzrə diqqət etməli olduğumuz digər məsələ sənədlərin qarşı tərəfə göndərilməsi ilə bağlıdır. Belə ki, qanunvericiliyə əsasən kommersiya mübahisələri zamanı sənədlər qarşı tərəfə elektron qaydada göndərilməlidir. Əks halda bu da sizin məhkəməyə müraciətinizin geri qaytarılmasına səbəb ola bilər.
Yük daşıma müqavilələri ilə bağlı kommersiya mübahisələri
Təcrübədə çox rast gəlinən kommersiya mübahisələrindən biri yük daşıma müqaviləsinin tələblərindən irəli gələn kommersiya mübahisələridir. Yüklərin daşınması ilə bağlı mübahisələrin özü də praktikada əsasən 3 cür olur:
Yük daşıma müqaviləsi üzrə Sifarişçinin müqavilə üzrə nəzərdə tutulmuş xidmət haqqını ödəməməsi ilə bağlı mübahisələr;
Yük daşıma müqaviləsi üzrə İcraçının yük daşıma prosesini icra etməməsi və ya tam icra etməməsi ilə bağlı mübahisələr;
Yük daşıma zamanı İcraçı tərəfindən daşınan yüklərə vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisələr.
Bu tipli kommersiya mübahisələrində uğurlu nəticə əldə etmək üçün yük daşıma müqaviləsini tərtib etdiyiniz an, həmçinin müqavilə üzrə işlərin icrası zamanı müəyyən məqamlara diqqət etməlisiniz.
Belə ki, müqavilədə dəymiş zərərin ödənilməsi ilə bağlı məsuliyyət, xidmət haqqının ödənilməsi üçün nəzərdə tutulmuş konkret müddətlər və xidmət haqqının miqdarı, müqavilənin müddəti, xidmət haqqının ödənilməsi üsulu kimi məqamlar dəqiq göstərilməlidir. Yükdaşıma üzrə xidmətlərin göstərilməsi müvafiq aktlarlarəsmiləşdirilməlidir. Elektron qaimələrin tərtib edilməsi və qarşı tərəfdən qəbul edilməsi xidmətlərin icra edildiyini sübut edir.
Xidmət müqaviləsi ilə bağlı kommersiya mübahisələri
Xidmət müqavilələri təcrübədə ən çox rast gəlinən müqavilələrdən biri olduğu üçün, bu müqavilələrdən irəli gələn kommersiya mübahisələri də kifayət qədərdir. Xidmət müqavilələri ilə bağlı əsas mübahisələr 2 cür olur:
1. Sifarişçinin müqavilə üzrə ödənişləri etməməsi ilə bağlı mübahisələr;
2. İcraçının öhdəliklərini düzgün etməməsi ilə bağlı mübahisələr.
Xidmət müqavilələri də tərtib edilərkən göstəriləcək xidmətlərin növü müqavilədə dəqiqliklə qeyd olunmalıdır. Bununla yanaşı bu xidmətlərin göstərilməsi üçün nəzərdə tutulmuş xidmət haqqı, onun ödənilmə üsulu və vaxtı, xidmət haqqının gecikdirilməsi zamanı Sifarişçinin öhdəlikləri, həmçinin xidmətlərin icrasının müəyyən edilmiş müddəti və gecikdirildiyi zaman İcraçının öhdəlikləri kimi incə məqamlar müqavilədə öz əksini mütləq tapmalıdır. Xidmət müqaviləsi üzrə göstərilən xidmətlər tərəflər arasında mütləq rəsmiləşdirilməlidir. Bu müqavilə üzrə də, həmçinin, xidmətlər göstərildikdən sonra elektron qaimələr Sifarişçiyə təqdim edilməlidir.
Sahibkarlıq subyektləri və banklar arasında olan mübahisələr
Kommersiya mübahisələrinin içində problemli kreditlərlə bağlı məhkəmə mübahisələrinə də tez-tez rast gəlinir. Bu mübahisələrin yaranmasının əsas səbəblərindən biri şəxslər bankla müqavilə bağlayan zaman şərtləri tam anlamaması və ya oxumamasıdır. Bu da gələcəkdə böyük risklərə yol aça bilər.
Belə ki, bir çox hallarda götürdükləri kredit borclarını ödəyə bilmir, bu da nəticədə bankların kredit borcunun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməsinə gətirib çıxarır. Həmçinin, bəzən banklar kredit borcunu birbaşa şəxsin əmlakına yönəldirlər ki, belə olan halda şəxslər də bu halla bağlı məhkəməyə müraciət edə bilərlər.
Banklarla müqavilə imzalanan zaman diqqət edilməli olan bir sıra məqamlar mövcuddur. Belə ki, siz götürdüyünüz kreditin faiz dərəcəsini, müddətini, valyutasını dəqiq bilməlisiniz. Bundan əlavə kredit öhdəliklərinizi icra etməyəcəyiniz halda sizin öhdəliklərin, yarana biləcək faiz borcu, bu borcun tutulmasının sizin əmlakınıza yönələ biləcəyi barədə məlumatlı olmalısınız. Müqavilə imzalamazdan əvvəl onun diqqətlə oxunması, anlaşılmayan və sizdə şübhə doğuran məqamlarla bağlı peşəkar hüquqşünaslardan məsləhət alınması sizi gələcək risklərdən sığortalayır.
İddianın əsaslandırılması
Qeyd edək ki, kommersiya mübahisələri zamanı uğurlu nəticə əldə etmək üçün məhkəmədə qaldırdığınız iddianı əsaslandırmaq mütləqdir. İddianı əsaslandırmaqisə sübutların mötəbərliyindən asılıdır.Unutmayın ki, məhkəmə prosesində iddia etdiyinizi sübut etmək sizin öhdəliyinizdir. Bu səbəbdən də iş üzrə sizin əlinizdə olan müqavilə, qaimələr və aktlar önəmli sübut hesab edilir.
Kommersiya mübahisələrinizdə peşəkar hüquqi xidmətlərdən yararlanmaq istəyirsinizsə, komandamızın peşəkarvəkilləri ilə əlaqə saxlaya bilərsiniz. Biz sizin etibarlı tərəfdaşınızıq. Konfidensiallıq və peşəkar xidmət bizim üçün prioritetdir.
Bildiyimiz kimi yaşadığımız dünyada cinayətdən təəssüf ki, heç kəs sığortalanmayıb. Cinayət hüququ sahəsi ilə əlaqədar olan işlər ciddi, məsuliyyət tələb edən və kifayət qədər həssas işlərdir.
Kommersiya münasibətləri dedikdə sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranan münasibətlər nəzərdə tutulur. Kommersiya mübahisələri zamanı peşəkar vəkillərimizlə əlaqə saxlayaraq maddi itkilərinizin qarşısını ala bilərsiniz.
Mülki münasibətlər gündəlik həyatımızın əsas hissəsini təşkil edir. Mülki hüquqa dair mübahisələrinizdə peşəkar hüquqi xidmətlərdən yararlanmaq istəyirsinizsə, komandamızın peşəkar vəkilləri ilə əlaqə saxlaya bilərsiniz.
Vergi sahəsində mübahisələr əsasən vergi orqanları ilə ödəyiciləri arasında baş verir. Vergi sahəsində mübahisələr vergilərin vaxtında ödənilməməsi və ya sahibkarlara əsassız vergi borclarının yazılması ilə əlaqəli ola bilər
Əqli mülkiyyət hüququ sizin yaratdığınız və ya sizə məxsus olan hər hansısa ixtiraya, əsərə, əmtəə nişanına, sənayə obyektinə vəs. aid olan hüquqlarınızdır. Əqli mülkiyyət hüququ qeyri-qanuni istifadədən qorunmanı təmin edir.
Miqrasiya xidmətlərinə ehtiyacınız var? Xidmətlərimiz: Müvəqqəti yaşayış, daimi yaşayış və iş icazələrinin alınması, vətəndaşlığa mənsubiyyətin tanınması, qərarların məhkəmədə mübahisələndirilməsi və s
Cəmiyyətdə ailə mübahisələri qaçılmazdır. Belə hassas situasiyalarda mütləq professional hüquqi məsləhət almaq lazım gəlir ki, bu da sizi və maraqlarınızı gələcək risklərdən sığortalayır.
Biznes fəaliyyətinizi komandamızın peşəkar hüquqşünaslarına həvalə edə bilərsiniz. Bu prosesdə bütün detalları nəzərə alaraq sizə istədiyiniz nəticəni ən effektiv şəkildə vermək bizim başlıca məqsədimizdir.
Bankla bağlı hüquqi mübahisəniz var? Barənizdə məhkəməyə müraciət edilir? Elə isə bank hüququ sahəsində ixtisaslaşmış, təcrübəli vəkillərimizin hüquqi yardımından yararlanın. Peşəkar vəkillərimiz sizinlədir.
VƏKİL XİDMƏTİOfis
Hüquqi xidmətlərdən yararlanmaq üçün bizə müraciət edə bilərsiniz
AZ1025, Azure Biznes Mərkəzi, 26-cı mərtəbə, 165B Bakı, Azərbaycan