Bir çox xarici və yerli fiziki şəxslər Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün şirkət təsis edirlər. Praktikamızda şirkət təsis edilməsi ilə əlaqəli olan, müştərilərimiz tərəfindən bizə daxil olan müraciətlər aşağıdakılardır:
Şirkət yaradılması;
Filial və nümayəndəlik yaradılması;
Törəmə müəssisə yaradılması.
Şirkət qeydiyyatı
Bir çox hallarda əcnəbilər və ya yerli vətəndaşlar Azərbaycanda sıfırdan, yeni bir şirkət təsis etmək istəyirlər. Belə ki, şirkət təsis etmək üçün ən sadə və qısa zaman tələb edən yollardan biri MMC, yəni məhdud məsuliyyətli cəmiyyət formasında şirkət qeydiyyatıdır.
MMC qeydiyyatı əcnəbilər və yerli vətəndaşlar üçün ayrı qaydada olur. Belə ki, əgər siz Azərbaycan Respublikası vətəndaşısınızsa elektron qaydada hüquqi şəxsin qeydiyyatı ilə bağlı müraciət edə bilərsiniz. Bunun üçün siz sadəcə elektron vergi sisteminə elektron imza, əgər bu yoxdursa şəxsiyyət vəsiqəniz və telefon nömrənizi qeyd etməklə daxil olmalısınız. Bundan sonra isə sistemdə hüquqi şəxslərin qeydiyyatı ilə bağlı müvafiq hissəyə keçid edərək zəruri məlumatları doldurub şirkətinizi asanlıqla qeydiyyatdan keçirə bilərsiniz.
Əcnəbi şəxslərdən şirkət qeydiyyatı zamanı hansı sənədlər tələb olunur?
Əcnəbi şəxslər Azərbaycanda şirkət qeydiyyatdan keçirmək istəyirlərsə müvafiq sənədləri kağız daşıyıcıda Dövlət Vergi Xidmətinə və ya ASAN Xidmət mərkəzlərində vergi bölməsinə təqdim etməlidirlər. Bu proses üçün lazım olan sənədlər aşağıdakılardır:
Şirkətin direktor və təsisçi(lər)inin pasportlarının surəti;
Nizamnamə;
Direktorun təyin edilməsi haqqında qərar;
Notarial qaydada təsdiq edilmiş kommersiya qurumunun qeydiyyatı üçün ərizə;
Əgər müraciət nümayəndəniz tərəfindən edilirsə etibarnamənin surəti;
Dövlət rüsumunu təsdiq edən qəbz.
Şirkət qeydiyyatdan keçən zaman şirkətdə direktor və təsisçilər olmalı, həmçinin müvafiq qaydada təsisçilər arasında paylar müəyyən edilməlidir. Qeyd edək ki, eyni şəxs həm təsisçi, həm də direktor kimi çıxış edə bilər.
Qeyd edək ki, əgər siz əcnəbisinizsə şirkət qeydiyyatı üçün Azərbaycanda olmağınıza ehtiyac yoxdur. Belə ki, siz olduğunuz ölkədən nümayəndənizə etibarnamə göndərərək, sizin adınızdan şirkət təsis edilməsini nümayəndənizə həvalə edə bilərsiniz.
Şirkət hansı müddətdə yaranır?
Şirkət qeydiyyatı prosesi 3 iş gününə tamamlanır. Proses tamamlandıqdan sonra siz şirkətin təsis sənədlərini, yəni nizamnamə, vöen və çıxarışı elektron sistemdən əldə edə bilərsiniz. Şirkət qeydiyyatdan keçdikdən sonra Azərbaycan Respublikasında fəaliyyət göstərən istənilən banka təsis sənədlərinin elektron versiyası ilə və şirkətin möhürü ilə yaxınlaşaraq bank hesablarının açılması ilə bağlı müraciət edə bilərsiniz.
Qeyd edək ki, şirkət qeydiyyatı prosesi nə qədər sadə olsa da, burada da müəyyən diqqət tələb edən məqamlar var. Sənədlərin düzgün hazırlanmaması, və sizin tərəfinizdən yol verilən ən kiçik texniki səhv belə Dövlət Vergi Xidməti tərəfindən sənədlərin geri qaytarılmasına və sizin üçün vaxt itkisinə səbəb ola bilər. Bütün bunları nəzərə alaraq şirkət qeydiyyatı üçün peşəkarlara müraciət etməyiniz daha məqsədəuyğundur.
Filial və nümayəndəlik yaradılması
Xaricdə fəaliyyət göstərən kommersiya qurumlarını maraqlandıran əsas proseslərdən biri də Azərbaycanda filial və nümayəndəlik təsis edilməsi ilə bağlıdır. Bununla bağlı prosedur qaydalar barədə danışmazdan əvvəl, ilk olaraq filial və nümayəndəlik arasında fərqlərə nəzər salaq:
Filial və nümayəndəlik arasında fərq
Filial və nümayəndəlik hər biri hüquqi şəxslərin səlahiyyətli bölmələridir. Əsas fərq isə onlara verilən səlahiyyətlərin həcmindədir.
Belə ki, qanunvericiliyə əsasən hüquqi şəxsin nümayəndəliyi hüquqi şəxsin mənafeyini təmsil edir və müdafiə edir. Filial isə hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar olan funksiyalarının bir hissəsini və ya hamısını icra etmək səlahiyyətinə malik olur. Xarici hüquqi şəxsin Azərbaycandakı nümayəndəliyi əgər bu nümayəndəliyin əsasnaməsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı şərt mövcuddursa sahibkarlıqla da məşğul ola bilər. Lakin, qeyd etdiyimiz kimi bu bütün hallara şamil edilmir və yalnız əsasnamədə qeyd olunduğu halda mümkündür.
Xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin qeydiyyatı üçün tələb olunan sənədlər
Xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin qeydiyyatı üçün aşağıdakı sənədlərlə Dövlət Vergi Xidmətinə müraciət etmək lazımdır:
Notarial qaydada təsdiq edilmiş kommersiya qurumu qeydiyyatı üçün ərizə;
Təsisçi olan hüquqi şəxslər barədə məlumatlar;
Nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş əsasnamə;
Nümayəndəliyin və ya filialın yaradılması haqqında onu yaradan xarici hüquqi şəxsin qərarı;
Nümayəndəliyin və ya filialın rəhbərinin təyin edilməsi barədə həmin nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxsin qərarının əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti;
Rəhbər təyin ediləcək şəxsin pasortunun surəti;
Nümayəndəliyin və ya filialın təsisçisi olan hüquqi şəxsin xarici ölkədə qeydiyyatını təsdiq edən sənədlərin, yəni təsis sənədlərinin notarial qaydada tərcümə, təsdiq, apsotil və ya leqalizasiya edilmiş surətləri;
Nümayəndəliyin və ya filialın hüquqi ünvanını təsdiq edən sənəd;
Dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz;
Nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs tərəfindən verilmiş etibarnamənin əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti;
Ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi;
Müraciət nümayəndə tərəfindən edilirsə və ərizə də həmin şəxs tərəfindən imzalanırsa etibarnamə.
Qeyd edək ki, şirkət qeydiyyatında olduğu kimi filial və ya nümayəndəlik qeydiyyatı üçün də sizin Azərbaycanda olmağınız şərt deyil. Belə ki, siz müvafiq sənədləri olduğunuz ölkədən buraya göndərməklə bu prosesin gedişini və tamamlanmasını peşəkarlara həvalə edə bilərsiniz.
Filial və ya nümayəndəlik qeydiyyatı yeni şirkət qeydiyyatı ilə müqayisədə daha çox zaman tələb edən və daha çox sənədləşmə tələb edən bir prosedurdur. Bu prosesdə lazımi sənədlər düzgün şəkildə hazırlanması və dövlət orqanına təqdim edilməsi prosesin daha tez tamamlanması ilə nəticələnə bilər.
Törəmə müəssisənin yaradılması
Xarici şirkətlər tərəfindən edilən müraciətlərin digər bir hissəsi də Azərbaycanda törəmə müəssisənin qeydiyyatı ilə bağlıdır. Əgər bir müəssisə digər müəssisənin nizamnamə kapitalındakı payların 50 %-dən çoxuna və nəzarət funksiyasına malikdirsə bu müəssisə ana müəssisə hesab edilir, digər müəssisə isə törəmə müəssisə sayılır.
Qeyd edək ki, törəmə müəssisənin qeydiyyatı proseduru şirkət qeydiyyatı proseduru ilə oxşardır. Sadəcə burada müəyyən əlavə tələblər də mövcud olacaqdır. Belə ki, ilk öncə qeyd edək ki, burada törəmə müəssisə təsis etmək istəyən ana müəssisənin ən az 2 təsisçisi olmasımütləqdir. Törəmə müəssisə qeydiyyatı üçün tələb edilən sənədlərin siyahısına həmin ana müəssisənin təsis sənədlərinin notarial qaydada tərcümə, təsdiq, apostil və ya leqalizasiya edilmiş surətləri, və şirkət qeydiyyatı üçün tələb edilən digər sənədlər aid edilir.
Törəmə müəssisə qeydiyyatı da vaxt tələb edən proses hesab edilir və siz bu proses üçün də olduğunuz yerdən etibarnamə verərək nümayəndə müəyyən edə bilərsiniz.
Şirkət qeydiyyatı ilə bağlı hansı xidmətləri göstəririk?
Komandamızın peşəkar hüquqşünasları sizə şirkət qeydiyyatı üçün aşağıdakı xidmətləri təklif edirlər:
Şirkət qeydiyyatı;
Filial və nümayəndəlik qeydiyyatı;
Törəmə müəssisə qeydiyyatı;
Bu proseslər üçün hüquqi və biznes konsultasiya, sənədlərin hazırlanması, müraciət, bank hesablarının açılması və hüquqi ünvanla təmin olunma;
Yeni yaratdığınız şirkət, filial, nümayəndəlik və ya törəmə müəssisə üçün vergi və ya mühasibatlıq xidmətlərinin göstərilməsi.
QEYD: Əcnəbi vətəndaşlar linkə keçid etməklə Azərbaycan Respublikasında şirkət yaratmaq, lazım olan sənədlər, prosudurlar barədə ətraflı məlumat əldə edə bilərlər.
Bildiyimiz kimi yaşadığımız dünyada cinayətdən təəssüf ki, heç kəs sığortalanmayıb. Cinayət hüququ sahəsi ilə əlaqədar olan işlər ciddi, məsuliyyət tələb edən və kifayət qədər həssas işlərdir.
Kommersiya münasibətləri dedikdə sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranan münasibətlər nəzərdə tutulur. Kommersiya mübahisələri zamanı peşəkar vəkillərimizlə əlaqə saxlayaraq maddi itkilərinizin qarşısını ala bilərsiniz.
Mülki münasibətlər gündəlik həyatımızın əsas hissəsini təşkil edir. Mülki hüquqa dair mübahisələrinizdə peşəkar hüquqi xidmətlərdən yararlanmaq istəyirsinizsə, komandamızın peşəkar vəkilləri ilə əlaqə saxlaya bilərsiniz.
Vergi sahəsində mübahisələr əsasən vergi orqanları ilə ödəyiciləri arasında baş verir. Vergi sahəsində mübahisələr vergilərin vaxtında ödənilməməsi və ya sahibkarlara əsassız vergi borclarının yazılması ilə əlaqəli ola bilər
Əqli mülkiyyət hüququ sizin yaratdığınız və ya sizə məxsus olan hər hansısa ixtiraya, əsərə, əmtəə nişanına, sənayə obyektinə vəs. aid olan hüquqlarınızdır. Əqli mülkiyyət hüququ qeyri-qanuni istifadədən qorunmanı təmin edir.
Miqrasiya xidmətlərinə ehtiyacınız var? Xidmətlərimiz: Müvəqqəti yaşayış, daimi yaşayış və iş icazələrinin alınması, vətəndaşlığa mənsubiyyətin tanınması, qərarların məhkəmədə mübahisələndirilməsi və s
Cəmiyyətdə ailə mübahisələri qaçılmazdır. Belə hassas situasiyalarda mütləq professional hüquqi məsləhət almaq lazım gəlir ki, bu da sizi və maraqlarınızı gələcək risklərdən sığortalayır.
Biznes fəaliyyətinizi komandamızın peşəkar hüquqşünaslarına həvalə edə bilərsiniz. Bu prosesdə bütün detalları nəzərə alaraq sizə istədiyiniz nəticəni ən effektiv şəkildə vermək bizim başlıca məqsədimizdir.
Bankla bağlı hüquqi mübahisəniz var? Barənizdə məhkəməyə müraciət edilir? Elə isə bank hüququ sahəsində ixtisaslaşmış, təcrübəli vəkillərimizin hüquqi yardımından yararlanın. Peşəkar vəkillərimiz sizinlədir.
VƏKİL XİDMƏTİOfis
Hüquqi xidmətlərdən yararlanmaq üçün bizə müraciət edə bilərsiniz
AZ1025, Azure Biznes Mərkəzi, 26-cı mərtəbə, 165B Bakı, Azərbaycan