Mülki münasibətlər gündəlik həyatımızın əsas hissəsini təşkil edir. Demək olar ki, hər gün bu münasibətlərin iştirakçılarına çevrilirik. Bəzən isə bu münasibətlər zamanı yol verilən hüquq pozuntuları mülki hüquqi mübahisələrin yaranmasına səbəb olur.
Mülki hüquq üzrə mübahisələri hansılardır?
Maddi ziyanın ödənilməsi ilə bağlı mülki mübahisələr;
Mənəvi zərərin ödənilməsi ilə bağlı mülki mübahisələr;
Mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə sair mübahisələr.
Maddi ziyanın ödənilməsi ilə bağlı mübahisələr
Mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərər maddi zərər hesab edilir. Maddi zərər bir sıra hadisələr nəticəsində vurula bilər, məsələn müqavilə üzrə bir tərəfin öz öhdəliklərini pozması, bir şəxsin digər şəxsin əmlakına tikinti-quruculuq prosesi zamanı zərər vurması, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində şəxsin əmlakına zərər vurulması vəs. kimi hallar buna nümunə ola bilər.
Bu kimi hallarla qarşılaşdığınız halda iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərsiniz.
Məhkəmə işin hallarını nəzərə alaraq dəymiş zərərin ödənilməsi ilə bağlı qərar qəbul edə bilər, həmçinin, gələcəkdə vurula biləcək zərərin qarşısının alınması üçün əgər vurulmuş zərər davam edən istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər.
Həmçinin, bəzi hallarda vurulan zərər zərər vuran şəxs yox digər şəxs tərəfindən də ödənilə bilər. Belə hallara, zərərin yetkinlik yaşına çatmayan şəxs, fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən törədilməsi halları aiddir. Belə olan halda bu şəxslərin valideynləri, qəyyumları və ya himayəçiləri zərərin əvəzini ödəməyə borcludurlar.
Mənəvi zərərin ödənilməsi ilə bağlı mülki mübahisələr
Mənəvi zərərin ödənilməsi ilə bağlı iddialar əsasən şəxsin sağlamlığına dəyən zərərə görə şəxsə mənəvi zərər vurulması, habelə, şəxsin yaxının ölümü ilə ona mənəvi zərər vurulması kimi hallara aid olur.
Belə ki, bu kimi hallarda cinayət işi ilə bərabər məhkəmə qaydasında mənəvi zərərin tələb edilməsi ilə bağlı mülki işlər də açıla bilər.
Mənəvi zərər dedikdə insanın şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirilməsi başa düşülür.
Şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi nəzərdə tutulur.
Şəxsə mənəvi zərər vurulması halları hansılardır?
Onun yaxın qohumlarını itirməsi;
Onun şəxsi, ailə və tibbi sirlərinin açıqlanması;
Onun şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi;
Onun hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması;
Onun sağlamlığına xəsarət yetirilməsi və s.
Mənəvi zərərlə bağlı iddia məhkəməyə göndərilən zaman, zərər əsalandırılmalı və zərərin məbləği, habelə, zərərin ödənilməsi tələbi iddia ərizəsində konkret şəkildə göstərilməlidir. İddiaçının xeyrinə mənəvi zərərin tutulması barədə qətnamə qanuni qüvvəyə mindikdə və o, həmin məbləği alana kimi vəfat etdikdə bu tələb vərəsəlik üzrə keçir.
Qeyd edək ki, mənəzi zərərin ödənilməsi ilə bağlı işlər mürəkkəb işlər kateqoriyasına aid edilir və bu işlər üzrə dügzün əsaslandırma mütləqdir. Tələbinizi düzgün əsaslandırmayacağınız təqdirdə uğurlu olma ehtimalınız daha az olacaqdır. Bu səbəbdən də bu tipli işlər üzrə peşəkarların xidmətlərindən istifadə etməyiniz tövsiyə olunandır.
Mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mülki hüquq pozuntuları üzrə sair mübahisələrə müqavilə üzrə pulun qaytarılması, borc tələbi, əqdlərin etibarsızlığı, işçinin törətdiyi pozuntuya görə işəgötürənin məsuliyyəti vəs. kimi mübahisələri aid etmək olar.
Mülki hüquq pozuntularına dair sair mübahisələrin arasında praktikada tez-tez rast gəlinən mübahisələr borc tələbi ilə bağlı olan mübahisələrdir. Bəzən şəxslər hüquqi prosedurlara əməl etmədən borc münasibətlərinin iştirakçısı olur və bu da onları böyük risklərlə qarşı-qarşıya qoyur.
Belə ki, borc müqavilələri bağlanılan zaman bir sıra qaydalara əməl etmək lazımdır. Borc müqaviləsində məbləğ üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə,yəni şirkətdirsə borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Bəzən şəxslər böyük məbləğlərdə olan borcları heç bir müqavilə olmadan sadəcə şifahi danışıq və razılıqla alırlar.
Müqavilə bağlanan zaman da həmçinin borc faizlərinin müəyyən edilməsi, faizlərin və əsas borc məbləğinin qaytarılma vaxtının müəyyən edilməsi kimi məqamlar tərəflərin qarşılıqlı razılığı ilə müəyyənləşdirilməlidir. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.
İstər borc münasibətləri, istərsə də istənilən digər mülki münasibətlərin iştirakçısı olursunuzsa əsaa diqqət etməli olduğunuz məsələ icra etdiyiniz və ya qarşı tərəfin icra etdiyi hər bir hərəkətlə bağlı əlinizdə sübutların toplanılmasıdır. Bu sübutlar qismində müqavilələr, ödəniş qəbzləri, yazışmalar və ya telefon danışıqları (şəxsi olmaması şərti ilə) çıxış edə bilər. Bütün bu sübutlar və sənədləşmələr mülki mübahisələr zamanı məhkəmənin sizin xeyrinizə qərar çıxarması üçün əsas qismində çıxış edə bilər.
Komandamızın mülki hüquq sahəsində ixtisaslaşmış peşəkar hüquqşünasları sizə bu sahədə aşağıdakı xidmətləri təklif edirlər:
Maddi zərərin ödənilməsi ilə bağlı işlər üzrə məhkəmədə təmsilçilik;
Mənəvi zərərin ödənilməsi ilə bağlı xidmətlər üzrə məhkəmədə təmsilçilik;
Borc müqaviləsindən irəli gələn mübahisələr üzrə məhkəmədə təmsilçilik;
Əqdlərin etibarsızlığına dair mübahisələr üzrə məhkəmədə təmsilçilik;
Digər mülki hüquqi mübahisələr üzrə məhkəmədə təmsilçilik.
Bildiyimiz kimi yaşadığımız dünyada cinayətdən təəssüf ki, heç kəs sığortalanmayıb. Cinayət hüququ sahəsi ilə əlaqədar olan işlər ciddi, məsuliyyət tələb edən və kifayət qədər həssas işlərdir.
Kommersiya münasibətləri dedikdə sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranan münasibətlər nəzərdə tutulur. Kommersiya mübahisələri zamanı peşəkar vəkillərimizlə əlaqə saxlayaraq maddi itkilərinizin qarşısını ala bilərsiniz.
Mülki münasibətlər gündəlik həyatımızın əsas hissəsini təşkil edir. Mülki hüquqa dair mübahisələrinizdə peşəkar hüquqi xidmətlərdən yararlanmaq istəyirsinizsə, komandamızın peşəkar vəkilləri ilə əlaqə saxlaya bilərsiniz.
Vergi sahəsində mübahisələr əsasən vergi orqanları ilə ödəyiciləri arasında baş verir. Vergi sahəsində mübahisələr vergilərin vaxtında ödənilməməsi və ya sahibkarlara əsassız vergi borclarının yazılması ilə əlaqəli ola bilər
Əqli mülkiyyət hüququ sizin yaratdığınız və ya sizə məxsus olan hər hansısa ixtiraya, əsərə, əmtəə nişanına, sənayə obyektinə vəs. aid olan hüquqlarınızdır. Əqli mülkiyyət hüququ qeyri-qanuni istifadədən qorunmanı təmin edir.
Miqrasiya xidmətlərinə ehtiyacınız var? Xidmətlərimiz: Müvəqqəti yaşayış, daimi yaşayış və iş icazələrinin alınması, vətəndaşlığa mənsubiyyətin tanınması, qərarların məhkəmədə mübahisələndirilməsi və s
Cəmiyyətdə ailə mübahisələri qaçılmazdır. Belə hassas situasiyalarda mütləq professional hüquqi məsləhət almaq lazım gəlir ki, bu da sizi və maraqlarınızı gələcək risklərdən sığortalayır.
Biznes fəaliyyətinizi komandamızın peşəkar hüquqşünaslarına həvalə edə bilərsiniz. Bu prosesdə bütün detalları nəzərə alaraq sizə istədiyiniz nəticəni ən effektiv şəkildə vermək bizim başlıca məqsədimizdir.
Bankla bağlı hüquqi mübahisəniz var? Barənizdə məhkəməyə müraciət edilir? Elə isə bank hüququ sahəsində ixtisaslaşmış, təcrübəli vəkillərimizin hüquqi yardımından yararlanın. Peşəkar vəkillərimiz sizinlədir.
VƏKİL XİDMƏTİOfis
Hüquqi xidmətlərdən yararlanmaq üçün bizə müraciət edə bilərsiniz
AZ1025, Azure Biznes Mərkəzi, 26-cı mərtəbə, 165B Bakı, Azərbaycan