Cəmiyyətdə ailə mübahisələri qaçılmazdır. Belə situasiyalarda professional hüquqiyardım almaq lazım gəlir ki, bu da sizi risklərdən sığortalayır. Ailə mübahisələri haqqında sizlərə hüquqi proseslər və həll yolları ilə bağlı detallı məlumat verəcəyik.
Ailə mübahisələri nələrdir?
Ailə mübahisələrinə dair təcrübədə rast gəldiyimiz hüquqi müzakirə mövzusu olan məqamlar aşağıdakılardır:
Nikahın ləğvi (xitamı)
Uşağın yaşayış yerinin müəyyən olunması
Aliment tələbi
Uşaqla ünsiyyət hüququnun təmin olunması ilə bağlı tələblər
Uşağın xaricə (ölkədən kənara) çıxarılması ilə bağlı tələblər
Birgə nikah dövründə alınan əmlakla bağlı tələblər
Birgə nikah dövründə götürülən kreditlərlə (borclarla) bağlı tələblər
Nikahın ləğvi (xitamı) hansı qaydada həyata keçirilir?
Nikahın ləğvi yəni boşanma bir neçə mərhələdən ibarətdir. Əgər tərəflər boşanmağa qərar veriblərsə, birgə nikahdan övladları varsa aşağıdakı mərhələləri izləməlidirlər:
Mediasiya prosesi mediatorun vasitəçiliyi ilə ər-arvad arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bir prosesdir. Mediasiya prosesi zamanı tərəflər razılığa gəlib tələblərinə dair saziş bağlaya bilərlər. Əgər ər və ya arvad mübahisəli hallar üzrə qarşılıqlı razılığa gəlmirsə, mediator razılığa gəlməmə barədə tərəflərə arayış verir. Bundan sonra ər və ya arvad mediator tərəfindən verilən arayış və digər sənədlərlə birgə müvafiq məhkəməyə müraciət edirlər.
Məhkəməyə müraciət
Məhkəməyə müraciət mediasiyadan sonra atılacaq ikinci hüquqi addımdır. Mediasiya prosesindən sonra tərəflər hər ikisi və ya biri məhkəməyə müvafiq tələblə müraciət edə bilər. Müraciət zamanı peşəkar hüquqi yardım almağınız olduqca vacibdir. Sənədlərdə və ya hazırlayacağınız iddia ərizəsində hər hansı yanlışlıq sizin üçün vaxt və maddi itki olacaqdır. Məhkəmə prosesi işin hallarının araşdırılmasından asılı olaraq 2-6 ay çəkə bilər. Vəkil tərəfindən prosesin əvvəlindən toplanan sənəd və sübutlar məhkəmənin iş yükünü azaldır və vaxt itkisinin qarşını alır.
Qeyd – Əgər birgə nikahdan övlad yoxdursa və ər və arvad boşanmağa razıdırsa bu zaman birbaşa qeydiyyat şöbəsinə yaxınlaşmaqla nikahlarına xitam verə bilərlər.
Uşağın yaşayış yerinin müəyyən olunması
Ər və arvad mediasiya prosesi zamanı uşağlarının kimin yanında qalması ilə bağlı razılığa gələ bilərlər. Lakin belə razılıq olmadıqda məhkəmə Uşağın kimin yanında qalması məsələsini araşdırır və qərar qəbul edir. Bu zaman məhkəmə uşağın yaşı, onun fikri, uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini nəzərə almaqla uşağın hansı valideynin yanında qalması barədə qərar qəbul edir.
Aliment tələbi
Məhkəmə Nikahın pozulması işinə baxarkən yetkinlik yaşına çatmayan uşaqlar üçün valideynlərdən aliment tutulması və hansı miqdarda tutulması barədə qətnamə qəbul edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən Məhkəmə Yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün alimentin miqdarı valideynin gəlirinin müəyyən hissəsi, yaxud sabit pul məbləğində müəyyən edilə bilər. inatının səviyyəsi, hər iki tərəfin ailə və maddi vəziyyəti nəzərə alınır.
Uşaqla ünsiyyət
Boşanma prosesindən sonra valideynlərdən biri digərinə uşağı göstərməzsə qanunvericiliyin tələblərinə müvafiq olaraq uşağını görmək və onunla ünsiyyətdə olmaq istəyən digər valideyn Uşaqla ünsiyyət hüququnun təmin olunması ilə bağlı məhkəmədə iddia qaldıra bilər. Bu zaman işə baxan məhkəməuşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən ailədə olan uşaqların sayını, onların yaşını, səhhətini, təhsilinin hansı valideynə daha çox bağlılığını, uşağın psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə alır.
Uşağın xaricə (ölkədən kənara) çıxarılması
Nikaha xitam verildikdən sonra, o cümlədən, birgə nikah dövründə Uşaq valideynlərdən biri ilə xaricə (ölkədən kənara) çıxarkən digər valideynin notarial qaydada razılığı tələb olunur. Əgər notarial qaydada razılığı tələb olunan şəxs belə razılığı verməzsə bu zaman digər valideyn Uşağın xaricə (ölkədən kənara) çıxarılması ilə bağlı müvafiq məhkəmədə iddia qaldıra bilər. Məhkəmələr tərəfindən uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında mübahisələrə baxarkən, uşağın təhsili, səhhəti, tibbi ehtiyacları, uşağın sosial həyatda iştirakı, uşağın mədəni və mənəvi inkişafı da daxil olmaqla, onun mənafeyi nəzərə alınmalıdır.
Birgə nikah dövründə alınan əmlakla bağlı tələblər
Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən Nikah zamanı ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-Arvad nikaha xitam verərkən Birgə nikah dövründə alınan əmlakın bölünməsi ilə bağlı məhkəmədə iddia qaldıra bilərlər. Əmlakın bölünməsi məhkəmə təcrübəsində ən həssas və hüquqi xidmətə ehtiyac duyulan sahələrdən biridir. Ona görə də Birgə nikah dövründə alınan əmlakla bağlı tələbiniz varsa bu sahədə professional peşakar təcrübəsi olan vəkilin xidmətlərindən faydalanmalısınız.
Ər (arvad) birgə nikah dövründə əldə etdikləri əmlakdan neçə il müddətində pay tələb edə bilər?
Nikah pozulduqdan sonra 3 il ərzində ər-arvad ümumi əmlakının bölünməsi haqqında məhkəmədə iddia qaldıra bilərlər. 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Nikaha xitam verilərkən Məhkəmə tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsini izah etməlidir. Ər-arvadın ümumi birgə mülkiyyətinə Onların hər birinin əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, əmanətlər, nikah dövründə ər-arvadın qazandığı hər hansı əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
Birgə nikah dövründə götürülən kreditlərlə (öhdəliklərlə) bağlı tələblər
Birgə nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər (borc, kredit, ipoteka və s) ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Bu olduqca vacib məqamdır. Bəzən şəxsi ehtiyaclar üçün tərəflərdən birinin götürdüyü borc və ya kredit tərəflərin birgə öhdəliyi olaraq müəyyən edilir. Bu kimi hallarının qarşının alınmasından ötrü vəkiliniz götürülən borc və ya kreditin ailə ehtiyaclarına təmin edilmədiyini məhkəmədə sübut etməlidir. Əks təqdirdə böyük bir hüquqi risklə qarşı-qarşıya qala bilərsiniz.
Ailə mübahisələrininə aid hüquqi problemlərinizdə peşəkar hüquqi xidmətlərdən yararlanmaq istəyirsinizsə, komandamızın peşəkar vəkilləri ilə əlaqə saxlaya bilərsiniz. Konfidensiallıq və peşəkar xidmət bizim üçün prioritetdir.
Bildiyimiz kimi yaşadığımız dünyada cinayətdən təəssüf ki, heç kəs sığortalanmayıb. Cinayət hüququ sahəsi ilə əlaqədar olan işlər ciddi, məsuliyyət tələb edən və kifayət qədər həssas işlərdir.
Kommersiya münasibətləri dedikdə sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranan münasibətlər nəzərdə tutulur. Kommersiya mübahisələri zamanı peşəkar vəkillərimizlə əlaqə saxlayaraq maddi itkilərinizin qarşısını ala bilərsiniz.
Mülki münasibətlər gündəlik həyatımızın əsas hissəsini təşkil edir. Mülki hüquqa dair mübahisələrinizdə peşəkar hüquqi xidmətlərdən yararlanmaq istəyirsinizsə, komandamızın peşəkar vəkilləri ilə əlaqə saxlaya bilərsiniz.
Vergi sahəsində mübahisələr əsasən vergi orqanları ilə ödəyiciləri arasında baş verir. Vergi sahəsində mübahisələr vergilərin vaxtında ödənilməməsi və ya sahibkarlara əsassız vergi borclarının yazılması ilə əlaqəli ola bilər
Əqli mülkiyyət hüququ sizin yaratdığınız və ya sizə məxsus olan hər hansısa ixtiraya, əsərə, əmtəə nişanına, sənayə obyektinə vəs. aid olan hüquqlarınızdır. Əqli mülkiyyət hüququ qeyri-qanuni istifadədən qorunmanı təmin edir.
Miqrasiya xidmətlərinə ehtiyacınız var? Xidmətlərimiz: Müvəqqəti yaşayış, daimi yaşayış və iş icazələrinin alınması, vətəndaşlığa mənsubiyyətin tanınması, qərarların məhkəmədə mübahisələndirilməsi və s
Cəmiyyətdə ailə mübahisələri qaçılmazdır. Belə hassas situasiyalarda mütləq professional hüquqi məsləhət almaq lazım gəlir ki, bu da sizi və maraqlarınızı gələcək risklərdən sığortalayır.
Biznes fəaliyyətinizi komandamızın peşəkar hüquqşünaslarına həvalə edə bilərsiniz. Bu prosesdə bütün detalları nəzərə alaraq sizə istədiyiniz nəticəni ən effektiv şəkildə vermək bizim başlıca məqsədimizdir.
Bankla bağlı hüquqi mübahisəniz var? Barənizdə məhkəməyə müraciət edilir? Elə isə bank hüququ sahəsində ixtisaslaşmış, təcrübəli vəkillərimizin hüquqi yardımından yararlanın. Peşəkar vəkillərimiz sizinlədir.
VƏKİL XİDMƏTİOfis
Hüquqi xidmətlərdən yararlanmaq üçün bizə müraciət edə bilərsiniz
AZ1025, Azure Biznes Mərkəzi, 26-cı mərtəbə, 165B Bakı, Azərbaycan