Əmək mübahisələri üzrə hüquqi xidmətləri

25 May 2024by info@acon.az0
AllBloq

Əmək münasibətləri gündəlik həyatımızın əsas hissəsini təşkil edən münasibətlərdəndir. Bəzən isə bu münasibətlər zamanı işəgötürənlə işçi arasında mövcud olan anlaşılmazlıqlar, və ya işəgötürən tərəfindən yol verilən qanunsuzluqlar əmək mübahisələrinin yaranmasına səbəb olur. Bu kimi əmək mübahisələri ilkin mərhələdə danışıqlar yolu ilə, bu mümkün olmadıqda isə məhkəmə qaydasında həll oluna bilər.

Əmək mübahisələrinin növləri və bu mübahisələrin həlli qaydası

Əmək Məcəlləsinin tələblərinə əsasən əmək mübahisələri fərdikollektiv ola bilər. Fərdi əmək mübahisələri birbaşa bir işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir. Kolelktiv əmək mübahisələri isə adətən işçilərlə işəgötürənlər arasında kollektiv sazişlərin, müqavilələrin bağlanması, dəyişdirilməsi və ya yerinə yetirilməsi ilə bağlı yaranan fikir ayrılıqlarından irəli gələn mübahisələrdir.

Fərdi əmək mübahisələri üzrə hüquqi xidmətlər

Praktikada əsasən fərdi əmək mübahisələrinə daha çox rast gəlinir. Fərdi əmək mübahisələri zamanı hüquqları pozulmuş işçi ilk öncə mediasiya prosesindən keçməlidir. Mediasiya prosesində tərəflər arasında razılıq əldə etmək mümkün olmazsa belə olan halda məhkəməyə müraciət edilməlidir.

Əmək mübahisələri zamanı diqqət edilməli olan məqamlardan biri də iddia müddətləri ilə bağlıdır. Belə ki, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bu müddətin ötürülməsi ciddi problemlərə səbəb ola bilər və sizin iddianız gələcəkdə məhkəmə tərəfindən müddətin ötürülməsi əsası ilə geri qaytarıla bilər. Bu səbəbdən də əmək münasibətləri zamanı hüququnuzun pozulduğunu bildiyiniz gündən etibarən artıq hüquqlarınızın bərpası üçün prosesə başlamağınız mütləqdir. Məsələn, əgər siz əmək qanunvericiliyinə zidd olaraq işdən çıxarılmısınızsa, bununla bağlı sizə rəsmi məlumatın verildiyi, əmək kitabçanızda müvafiq qeydlərin aparıldığı və ya işdənçıxma ilə bağlı əmrin sizə rəsmi qaydada təqdim edildiyi gün artıq 1 aylıq müddət axımının başlanıldığı gün hesab olunur. Belə olan halda vaxt itirmədən növbəti mərhələ üçün addımlar atmaq zəruridir.

Qanunsuz olaraq işdənçıxarma və əmək müqaviləsinə xitam verilməsi

Praktikada tez-tez rast gəlinən əmək mübahisələrindən biri qanunsuz olaraq işdənçıxarma və əmək müqaviləsinə xitam verilməsi ilə bağlıdır. Belə ki, əmək müqaviləsinin xitamı üçün Əmək Məcəlləsində bir sıra əsaslar və prosedur qayda nəzərdə tutulmuşdur ki,  bu qaydaların pozulması bilavasitə işçinin hüquqlarının pozulması ilə nəticələnir.

Bu halla qarşılaşmısınızsa mediasiya prosesini keçdikdən sonra dərhla məhkəməyə müraciət etməlisiniz. Məhkəmənin işə bərpa ilə bağlı çıxardığı qətnamə artıq sizin iş yerinizə yenidən bərpa olunmağınız və işləmədiyiniz müddət üçün hesablanmış əmək haqqı məbləğini geri almağınız üçün əsas olacaqdır. Bu müddət məcburi iş buraxma periodu hesab edilir və sizə bunun müqabilində kompensasiya ödənilməlidir.

İşçinin işdən əsassız olaraq  çıxarılması (Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi)

Praktika qarşılaşdığımız digər halalrdan biri də işçinin işdən əsassız olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, yəni işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və ya əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə çıxarılması ilə bağlıdır. Belə ki, əmək kitabçasında Məcəllənin bu maddəsinin qeyd olunması işdən çıxarılmış şəxsin növbəti iş yeri tapmasını birbaşa çətinləşdirən bir məqamdır. Bəzən işçilər haqsız olaraq bu halla qarşılaşırlar, bu kimi hallarda əmək kitabçasında müvafiq düzəlişlərin edilməsi tələbi ilə məhkəməyə müraciət etmək zəruridir.

Əmək mübahisələri ilə bağlı sizə təklif etdiyimiz hüquqi xidmətlər

Əmək mübahisələri mürəkkəb, istər vaxt, istərsə də detallar baxımından diqqət və peşəkarlıq tələb edən mübahisələrdir. Bu mübahisələr yaranan zaman iddia müddətinin axımını nəzarətdə saxlamaq, müvafiq sübutları toplamaq, prosedur qaydalara əməl etmək və düzgün əsaslandırma uğurlu nəticə əldə etmək üçün Komadamızın əmək mübahisələri üzrə ixtisaslaşmış vəkilləri sizə aşağıdakı xidmətləri təklif edir:

  • işin hallarının araşdırılması;
  • mediasiyada təmsilçilik;
  • məhkəmədə təmsilçilik;
  • sübutların toplanılması;
  • zəruri ərizə, vəsatət və digər sənədlərin hazırlanması;
  • məhkəmə qətnamələrinin icrasına nəzarət.

Əgər sizin də əmək münasibətləri zamanı hüquqlarınız işəgötürən tərəfindən pozulmuşdursa vaxt itirmədən peşəkar vəkillərimizlə əlaqə saxlayaraq hüquqlarınızın bərpası üçün prosesə elə bu gün başlaya bilərsiniz.

Digər hüquqi xidmətlərimizdən yararlanmaq istəsəniz, linkə keçid etməklə faydalı məlumat əldə edə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

VƏKİL XİDMƏTİOfis
Hüquqi xidmətlərdən yararlanmaq üçün bizə müraciət edə bilərsiniz
AZ1025, Azure Biznes Mərkəzi, 26-cı mərtəbə, 165B Bakı, Azərbaycan
Bizimlə əlaqəSosial şəbəkələr
Sosial mediada bizi izləyin!
Bizimlə əlaqəSosial şəbəkələr
Sosial mediada bizi izləyin!
MenyuFaydalı keçidlər
MenyuFaydalı keçidlər
ACONOffice
Reach out or visit our office to access ACON's exceptional services for your needs
GET IN TOUCHACON Social Links
Follow us on social media to stay updated and connected with ACON