Dələduzluq və mənimsəmə cinayətləri üzrə vəkil xidmətləri

25 May 2024by info@acon.az0
AllBloq

Mülkiyyət əleyhinə ən çox rast gəlinən cinayətlərdən biri dələduzluq və mənimsəmə cinayətləridir. Bu cinayətlər xüsusən də müasir dövrdə müxtəlif üsullarla həyata keçirilir və nəticədə şəxslərə maddi ziyan vurulması ilə nəticələnir. Bu cinayətlərin qurbanı olduğunuz zaman operativ şəkildə hüquq mühafizə orqanlarına məlumat verməklə yanaşı, vəkilin köməyindən də istifadə etməlisiniz ki, başınıza gələn hadisənin detallarını düzgün qaydada sübut edə biləsiniz. Qeyd edilən xidmətlər cinayət işləri üzrə vəkil xidmətlərimizdən biridir.

Dələduzluq cinayətləri

Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı dan bəzi vacib nüansları diqqətinizə çatdıraq:

  • Dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Dələduzluq cinayətində niyyətin müəyyən edilməsi ən önəmli məqamlardan biri hesab olunur. Yəni, törədilmiş əməl o halda dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya Cinayət qanunvericiliyinə əsasən dələduzluq dedikdə, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə başa düşülür əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.
  • Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər.
  • Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər.
  • Dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir.
  • Çox vaxt şəxslər güvəndikləri şəxslər tərəfindən aldadılaraq dələduzluq cinayətinin qurbanı olurlar. Həmçinin, müasir dövrümüzdə internet üzərindən dələduzluqla məşğul olan şəxslərin də sayı artmaqdadır. Bu kimi hallarda şəxslər çox zaman öz əsl şəxsiyyətlərini gizlədərək başqa şəxslərin kart, hesab vəs. kimi şəxsi məlumatlarını əldə edir və onlara məxsus olan pul vəsaitlərini ələ keçirirlər. Bu tipli dələduzluq cinayətləri adətən aldatma yolu ilə həyata keçirilir. Bu səbəbdən də başqa şəxslərlə, etibar etmədiyiniz şəxslərlə kart məlumatlarınız kimi şəxsi məlumatları paylaşmaq sizi böyük risklərlə üz-üzə qoya bilər.

Mənimsəmə cinayətləri

Mülkiyyət əleyhinə olan digər cinayətlərdən biri də mənimsəmə cinayətləridir. Cinayət qanunvericiliyində bu cinayətlər mənimsəmə və ya israfetmə kimi qeyd olunur. Mənimsəmə və ya israf etmə dedikdə, təqsirkara etibar edilmiş özgə əmlakını talama nəzərdə tutulur.

Mənimsəmə dedikdə, təqsirkar şəxsin ona tapşırılmış, güvənilmiş maddi qiymətli əşyaların ayrılması, götürülməsi və onun üzərində qanunsuz sahibliyi müəyyən etmək yolu ilə və ya digər şəxslərin mülkiyyətinə keçirilməsində ifadə olunur.

İsraf etmə dedikdə isə, təqsirkara müəyyən səlahiyyətləri həyata keçirmək üçün etibar edilmiş əmlakın sərf edilməsi, satılması, müxtəlif formalarda özgəninkiləşdirilməsi nəzərdə tutulur.

Mənimsəmə və israf etmə cinayətləri də adətən etibardan sui-istifadə etmək yolu ilə həyata keçirilir. Bu kimi cinayətlərdə cinayətin predmeti olan əmlak adətən cinayəti törədən şəxsə zərəçəkən şəxs tərəfindən könüllü surətdə verilir və etibar edilir.

Dələduzluq və mənimsəmə cinayətləri ilə bağlı Sizə təklif etdiyimiz xidmətlər

Əgər siz dələduzluq və mənimsəmə kimi cinayətlərdən zərər çəkmisinizsə, belə olan hallarda işin daha operativ araşdırılması, sizin xeyrinizə yekunlaşması, iş üzrə lazımi sənədlərin və sübutların toplanaraq hüquq mühafizə orqanlarına və məhkəmələrə təqdim edilməsi üçün peşəkar vəkillərin dəstəyinə ehtiyacınız olacaqdır.

Bu sahədə komandamızın cinayət hüququ sahəsində ixtisaslaşmış hüquqşünasları Sizə aşağıdakı xidmətləri təklif edir:

  • işin hallarının araşdırılması;
  • iş üzrə lazımi sənədlərin hazırlanması və sübutların toplanılması;
  • hüquq mühafizə orqanlarında və məhkəmələrdə təmsilçilik.

Əgər siz də cinayətdən zərər çəkmisinizsə hüquqlarınızın bərpası üçün elə indi bizə müraciət edə bilərsiniz!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

VƏKİL XİDMƏTİOfis
Hüquqi xidmətlərdən yararlanmaq üçün bizə müraciət edə bilərsiniz
AZ1025, Azure Biznes Mərkəzi, 26-cı mərtəbə, 165B Bakı, Azərbaycan
Bizimlə əlaqəSosial şəbəkələr
Sosial mediada bizi izləyin!
Bizimlə əlaqəSosial şəbəkələr
Sosial mediada bizi izləyin!
MenyuFaydalı keçidlər
MenyuFaydalı keçidlər
ACONOffice
Reach out or visit our office to access ACON's exceptional services for your needs
GET IN TOUCHACON Social Links
Follow us on social media to stay updated and connected with ACON