Azərbaycanda hüquqi xidmətlər

Cinayət işləri üzrə
vəkil və hüquq xidmətləri

Cinayət işləri üzrə hüquqi və vəkil xidmətləri

Bildiyimiz kimi yaşadığımız dünyada cinayətdən təəssüf ki, heç kəs sığortalanmayıb. Cinayət hüququ sahəsi ilə əlaqədar olan işlər ciddi, məsuliyyət tələb edən və kifayət qədər həssas işlərdir. Cinayət işlərində uğurlu nəticə əldə etmək üçün işdə çıxış edən zərərçəkən, təqsirləndirilən şəxs və ya şübhəli şəxs mütləq peşəkar vəkil müdafiəsindən istifadə etməlidir. Qısa zaman içərisində vəkilə müraciət sizi böyük risklərdən qoruya bilər. Cinayətlərin təsnifatı çox genişdir.

Aşağıda bu təsnifatı qismən ümumiləşdirərək cinayət sahəsi ilə bağlı praktikada rast gəlinən əsas
işləri qeyd etmək istərdik:

1. Həyat və sağlamlıq əleyhinə törədilmiş cinayətlər;
2. Əmlak əleyhinə törədilmiş cinayətlər;
3. İqtisadi sahədə törədilmiş cinayətlər və vergi cinayətləri;
4. Yol-nəqliyyat hadisələri ilə əlaqəli cinayətlər;
5. Ekstradisiya işləri.

Həyat və sağlamlıq əleyhinə törədilmiş cinayətlər:

Həyat və sağlamlıq əleyhinə olan cinayətlərə qəsdən və ya ehtiyatsızlıqdan sağlamlığa zərər vurma və ya adamöldürmə cinayətləri aid edilir. Bu cinayətlərin kifayət qədər həssas kateqoriyaya aid olduğunu nəzərə alsak vəkil xidmətlərindən istifadə etməyiniz olduqca zəruridir. Qeyd edilən cinayətlər üzrə cəzanın müddəti 3 aydan ömürlük azadlıq məhrumetməyə qədər dəyişə bilər. Cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilmisinizsə müdafiəçinin köməyindən istifadə etmək sizin hüququnuzdur. İstintaq orqanı tərəfindən çağırılmısınızsa müdafiəçi tələb etmək və müdafiəçi gəlmədən heç bir suala cavab verməmək sizin hüququnuzdur.

Unutmayın ki, müvafiq iş üzrə vəkillərin səlahiyyəti sadə vətəndaşların səlahiyyətlərindən daha çoxdur və onlar iş üzrə lazımi sübutları müvafiq qaydaya uyğun olaraq toplaya, zəruri məlumatları əldə edə və bunlara əsasən sizi uğurla təmsil edə bilərlər.

Əmlak əleyhinə törədilmiş cinayətlər:

Əmlak əleyhinə olan cinayətlərə oğurluq, soyğunçuluq, dələduzluq, mənimsəmə və s. kimi cinayətlər aid edilir. Təcrübədə ən çox rast gəlinən əmlak əleyhinə olan cinayətlər oğurluq və dələduzluqdur.

Oğurluq cinayətləri

Oğurluq cinayətləri ilə bağlı əsas çətinlik təqsirləndirilən şəxsin müəyyən edilməsi ilə bağlı olur. Bu proseslə bağlı istintaq orqanları tərəfindən düzgün araşdırma aparılmaması, və ya oğurlanan əmlakın həcminin az olduğu nəzərə alınaraq işə ötəri yanaşma işin uzanmasına səbəb olur. Bu cinayət əməlini törədən şəxslər törədilmə üsulundan, oğurlanan əmlakın dəyərindən asılı olaraq 14 ilədək müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Dələduzluq cinayətləri

Əmlakla bağlı digər ən geniş yayılmış cinayətlərdən biri də dələduzluq cinayətidir. Dələduzluq dedikdə başqa şəxsin etibarından sui-istifadə edərək və ya onu aldadaraq onun əmlakını ələ keçirmə başa düşülür. Dələduzluğu oğurluqdan fərqləndirən əsas cəhət budur ki, dələduzluq cinayətində əmlak gizli yolla talanmır. Bu kimi cinayətlərdə adətən tərəflər arasında müəyyən münasibətlər və tərəflərin bir-birinə inamı mövcud olur. Daha sonra dələduzluq edən tərəf bu inamdan sui-istifadə edərək qarşı tərəfi aldadır və əmlakını ələ keçirir. Dələduzluq cinayətinin müəyyənləşdirilməsində əsas məqam niyyətin düzgün müəyyən edilməsidir.

Çünki bu cinayətlər adətən şəxsi və ya işgüzar münasibətləri olan şəxslər arasında baş verdiyi üçün, qarşı tərəfin həqiqətən də dələduzluq niyyəti ilə cinayəti törətməsi sübut edilməlidir. Ali Məhkəmənin Plenium Qərarında dələduzluq işlərinə dair məhkəmə təcrübəsi ümumiləşdirilməişdir. Cinayət işinin başlanılması üçün kifayət qədər sübutların olması olduqca zəruridir. Bu səbəbdən də əgər dələduzluq cinayətindən zərərçəkmisinizsə özünüz birbaşa şikayət vermək yerinə, vəkilə müraciət edərək vəkil vasitəsilə şikayət etsəniz daha məqsədə uyğun olar. Vəkil ilk olaraq işin hallarını araşdırır, sübutları toplayır daha sonra şikayət ərizəsi ilə müraciət edir ki, bu da cinayət işinin
başlanılması ehtimalını artırır.

İqtisadi sahədə törədilmiş cinayətlər və vergi cinayətləri:

İqtisadi sahədə törədilən cinayətlərin növləri geniş olsa da bu sahədə praktikada ən çox rast gəlinən cinayət vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ilə bağlı olan cinayətlərdir. Bu cinayətlər üçün cəzanın maksimum həddi dəymiş zərərin 4 mislinə qədər cərimə və ya 7 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.  İqtisadi sahədə törədilən cinayətlərlə bağlı vəkil xidmətlərindən istifadə zəruridir. Belə ki, vergi cinayətləri ilə bağlı bəzən dövlət qurumunun yalnış qərarına görə məsuliyyətə cəlb edilə bilərsiniz. Cinayət işlərində təqsiriniz sübut edilməyənədək siz məsuliyyətə cəlb edilə bilməzsiniz. Lakin iqtisadi sahədə olan cinayətlərdə risklərdən qorumaq üçün sizin təqsirsiz olduğunuzu təsdiq edən və ya ən azından cəzanızı yüngülləşdirəcək sübutların toplanılması vacib amillərdəndir.

Ekstradisiya işləri:

Xarici vətəndaşların ən çox qarşılaşdığı işlərdən biri ekstradisiya ilə əlaqəli olan işlərdir. Ekstradisiya bir şəxsin başqa ölkə ərazisində törətdiyi cinayətə görə həmin ölkə ərazisinə göndərilməsidir. Məsələn, X adlı əcnəbi şəxs Almaniyada cinayət törətmiş daha sonra Azərbaycana gəlmişdir. Ekstradisiya haqqında mövcud olan beynəlxalq və yerli qanunlara əsasən həmin şəxs Azərbaycanda məsuliyyətə cəlb edilə və ya cinayət törətdiyi ölkəyə göndərilə bilər. Bu işlər üzrə şəxsin cinayət törətdiyi ölkədə onu gözləyən cəza, cəzanın müddəti, eyni cinayət üçün Azərbaycanda nəzərdə tutulmuş cəzanın müddəti, qarşı tərəf olan ölkədən müvafiq sənədlərin Azərbaycana göndərilib-göndərilməməsi, şəxs burada həbsdə saxlanılırsa bununla bağlı çıxarılmış məhkəmə qərarları və s. kimi hallar araşdırılmalı və nəzarətdə saxlanılmalıdır. Əgər şəxsin gedəyi ölkədə onun üçün həyati təhlükə mövcud olarsa şəxsin ekstradisiya olunması yolverilməzdir.

Cinayət işləri üzrə sizə təqdim etdiyimiz xidmətlər:

Cinayət işlərində hüquqlarınızın effektiv müdafiəsi üçün komandamızda olan cinayət sahəsində ixtisaslaşmış peşəkar vəkillərə müraciət edə bilərsiniz. Peşəkar vəkillərimiz sizə aşağıdakı məsələlərlə bağlı hüquqi xidmətlər təklif edir:

– İstintaq zamanı şəxsin hüquqlarını, qanuni mənafelərini və azadlıqlarını
qorumaq və onu təmsil etmək;
– Müştərini iş üzrə müvafiq məhkəmələrdə təmsil etmək;
– İstintaq orqanının qanuna uyğun olmayan hərəkətlərindən, qərarlarından ,
habelə məhkəmənin müvafiq qərarlarından lazımi qaydada şikayətlər
vermək;
– Dindirmə, üzləşdirmə kimi bir sıra istintaq hərəkətləri aparılan zaman
müştərini müşayiət etmək;
– İş üzrə lazımi sübutların toplanılmasını və istintaq orqanına və ya
məhkəməyə təqdim edilməsi.

Cinayət işləri insan həyatı üçün həssas olan işlərdəndir, bu səbəbdən də bu kimi işlər üzrə hüquqlarınızın müdafiə olunması və ədalətin bərpası üçün vəkillərimizə güvənə bilərsiniz. Biz sizin etibarlı tərəfdaşınızıq. Konfidensiallıq və peşəkar xidmət bizim üçün prioritetdir.

Digər Hüquqi Xidmətlər

Aşağıdaki hüquqi xidmətləri təklif edirik
Bildiyimiz kimi yaşadığımız dünyada cinayətdən təəssüf ki, heç kəs sığortalanmayıb. Cinayət hüququ sahəsi ilə əlaqədar olan işlər ciddi, məsuliyyət tələb edən və kifayət qədər həssas işlərdir.
Kommersiya münasibətləri dedikdə sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranan münasibətlər nəzərdə tutulur. Kommersiya mübahisələri zamanı peşəkar vəkillərimizlə əlaqə saxlayaraq maddi itkilərinizin qarşısını ala bilərsiniz.
Mülki münasibətlər gündəlik həyatımızın əsas hissəsini təşkil edir. Mülki hüquqa dair mübahisələrinizdə peşəkar hüquqi xidmətlərdən yararlanmaq istəyirsinizsə, komandamızın peşəkar vəkilləri ilə əlaqə saxlaya bilərsiniz.
Vergi sahəsində mübahisələr əsasən vergi orqanları ilə ödəyiciləri arasında baş verir. Vergi sahəsində mübahisələr vergilərin vaxtında ödənilməməsi və ya sahibkarlara əsassız vergi borclarının yazılması ilə əlaqəli ola bilər
Əqli mülkiyyət hüququ sizin yaratdığınız və ya sizə məxsus olan hər hansısa ixtiraya, əsərə, əmtəə nişanına, sənayə obyektinə vəs. aid olan hüquqlarınızdır. Əqli mülkiyyət hüququ qeyri-qanuni istifadədən qorunmanı təmin edir.
Miqrasiya xidmətlərinə ehtiyacınız var? Xidmətlərimiz: Müvəqqəti yaşayış, daimi yaşayış və iş icazələrinin alınması, vətəndaşlığa mənsubiyyətin tanınması, qərarların məhkəmədə mübahisələndirilməsi və s
Cəmiyyətdə ailə mübahisələri qaçılmazdır. Belə hassas situasiyalarda mütləq professional hüquqi məsləhət almaq lazım gəlir ki, bu da sizi və maraqlarınızı gələcək risklərdən sığortalayır.
Biznes fəaliyyətinizi komandamızın peşəkar hüquqşünaslarına həvalə edə bilərsiniz. Bu prosesdə bütün detalları nəzərə alaraq sizə istədiyiniz nəticəni ən effektiv şəkildə vermək bizim başlıca məqsədimizdir.
Bankla bağlı hüquqi mübahisəniz var? Barənizdə məhkəməyə müraciət edilir? Elə isə bank hüququ sahəsində ixtisaslaşmış, təcrübəli vəkillərimizin hüquqi yardımından yararlanın. Peşəkar vəkillərimiz sizinlədir.
VƏKİL XİDMƏTİOfis
Hüquqi xidmətlərdən yararlanmaq üçün bizə müraciət edə bilərsiniz
AZ1025, Azure Biznes Mərkəzi, 26-cı mərtəbə, 165B Bakı, Azərbaycan
Bizimlə əlaqəSosial şəbəkələr
Sosial mediada bizi izləyin!
Bizimlə əlaqəSosial şəbəkələr
Sosial mediada bizi izləyin!
MenyuFaydalı keçidlər
MenyuFaydalı keçidlər
ACONOffice
Reach out or visit our office to access ACON's exceptional services for your needs
GET IN TOUCHACON Social Links
Follow us on social media to stay updated and connected with ACON