Boşanma prosesi necə olur?

25 May 2024by info@acon.az0
AllBloq


Təcrübədə ailə mübahisələri ilə bağlı ən çox rast gəlinən hüquqi prosedurlardan biri boşanma ilə əlaqəlidir. Rəsmi qaydada ailə münasibətlərində olan şəxslər boşanmağa qərar vermişlərsə bu prosesin hüquqi tərəfləri ilə bağlı diqqət etməli olduqları bir sıra məqamlar mövcuddur.

Qeyd: Ailə mübahisələri ilə bağlı daha detallı və ətraflı məlumat üçün “Ailə mübahisələri üzrə hüquqi xidmətlər” səhifəsinə keçid edə bilərsiniz.

İlk öncə qeyd edək ki, nikaha xitam verilməsi 2 qaydada həyata keçirilir:

  1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən
  2. Məhkəmələr tərəfindən.

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha xitam verilməsi

Tərəflərin yetkinlik yaşına çatmamış ümumi uşaqları yoxdursa tərəflər arasında mövcud nikaha müvafiq icra hakimiyyəti orqanında xitam verilir. Belə ki, bunun üçün tərəflərin müvafiq icra hakimiyyəti orqanına müraciət etməsi kifayət edir. Müvafiq icra hakimiyyəti orqanı dedikdə, qeydiyyat şöbələri, həmçinin ASAN xidmət mərkəzləri nəzərdə tutulur.

Qeyd edək ki, yetkinlik yaşına çatmayan uşaqların olmasından asılı olmayaraq aşağıdakı hallarda da siz nikahınıza müvafiq icra hakimiyyəti orqanlarında xitam verə bilərsiniz:

  • ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;
  • ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə.

Məhkəmə tərəfindən nikaha xitam verilməsi

Əgər birgə nikahı olan şəxslərin yetkinlik yaşına çatmayan ümumi uşaqları olarsa nikah məhkəmə qaydasında xitam edilir. İlk olaraq qeyd edək ki, məhkəmə tərəfindən nikaha xitam verilməsi bir sıra zəruri mərhələlərdən ibarət olan və müəyyən müddət tələb edən bir prosesdir. Siz məhkəmə qaydasında nikaha xitam vermək istəyirsinizsə, əvvəlcə mütləq mediasiya mərhələsindən keçməlisiniz. Mediasiya mərhələsi məhkəməyə qədər olan danışıqlar məhkəməsi hesab edilir.

Mediasiya prosesi üçün ilk öncə qarşı tərəfə təklif göndərilməlidir, 10 iş günündən sonra isə müvafiq mediasiya təşkilatına ilkin mediasiya sessiyası üçün müraciət edilməlidir. Əgər tərəflər mediasiya sessiyasında aliment, əmlak bölgüsü, uşaqla ünsiyyət vəs. kimi məsələlərlə bağlı razılığa gələrlərsə sadəcə nikahın xitamı ilə bağlı məhkəməyə müraciət edilməlidir. Əgər tərəflər mediasiyada razılığa gələ bilməsələr bununla bağlı mediasiya təşkilatından mediasiya prosesinin davam etdirilə bilməməsi barədə protokol alınaraq məhkəməyə müraciət edilməlidir.

Boşanma zamanı məhkəmə aidiyyatının müəyyən olunması

Məhkəməyə müraciət edən zaman diqqət edilməli olan məsələlərdən biri aidiyyət məsələsidir. Əgər siz nikaha xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edirsinizsə belə olan halda qarşı tərəfin qeydiyyatda olduğu ünvana əsasən ərazi üzrə müvafiq məhkəməyə müraciət etməlisiniz. Məsələn, əgər qarşı tərəf Bakı şəhəri, Binəqədi rayonu qeydiyyatındadırsa Binəqədi rayon məhkəməsinə müraciət edilməlidir.

Bundan əlavə nikaha xitamla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia ərizəsinin düzgün yazılması, tələbin düzgün qoyulması və iddia tələbinizin düzgün əsaslandırılması vacib amillərdəndir. Qeyd edilənlərə düzgün əməl etməməyiniz və yalnışlığa yol verməyiniz sizin üçün vaxt itkisinə səbəb ola bilər.

Boşanma ilə bağlı işlərin yekununda adətən məhkəmə yekun qətnamə çıxarır və bu qətnamə icra edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına məhkəmə tərəfindən göndərilir.

Boşanma işləri ilə bağlı peşəkar hüquqi xidmət

Boşanma prosesi çox həssas və hüquqi baxımdan peşəkarlıq, diqqət tələb edən bir prosesdir. Bu həssas prosesdə mənəvi olaraq çətin perioddan keçdiyinizi nəzərə alaraq, hüquqi baxımdan prosesin daha rahat və peşəkar şəkildə həll olması üçün peşəkar vəkillərin xidmətlərindən yararlanmağınız daha məqsədəuyğundur.

Komandamızın ailə mübahisələri üzrə ixtisaslaşmış peşəkar vəkilləri bu prosesdə sizi əvvəldən sona qədər müşayiət etməyi, istər mediasiya, istər məhkəmə, istərsə də məhkəmə qətnaməsinin icrası dövründə bütün hüquqi prosedurlarda sizi təmsil etməyi və sizin maraq və mənafelərinizi qorumağı öz öhdəsinə götürür.

Əgər Siz də öz hüquqi problemlərinizin həllini peşəkar hüquqşünas və vəkillərimizə həvalə etmək istəyirsinizsə bizimlə əlaqə saxlaya bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

VƏKİL XİDMƏTİOfis
Hüquqi xidmətlərdən yararlanmaq üçün bizə müraciət edə bilərsiniz
AZ1025, Azure Biznes Mərkəzi, 26-cı mərtəbə, 165B Bakı, Azərbaycan
Bizimlə əlaqəSosial şəbəkələr
Sosial mediada bizi izləyin!
Bizimlə əlaqəSosial şəbəkələr
Sosial mediada bizi izləyin!
MenyuFaydalı keçidlər
MenyuFaydalı keçidlər
ACONOffice
Reach out or visit our office to access ACON's exceptional services for your needs
GET IN TOUCHACON Social Links
Follow us on social media to stay updated and connected with ACON