Apostil xidmətləri

25 May 2024by info@acon.az0
AllBloq

Bir ölkə ərazisində verilmiş rəsmi sənədlərin digər ölkə ərazisində tanınması üçün apostil olunması mütləqdir. Sənədlərin apostil olunması yalnız “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Beynəlxalq Haaqa Konvensiya”-sını ratifikasiya etmiş dövlətlər üçün keçərlidir. Digər dövlətlər isə leqallaşdırma prosedurundan istifadə edirlər.

Apostilin əhəmiyyəti nədir?

Apostil sənədi imzalamış şəxsin imzasının həqiqiliyini, bu şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə həmin sənədə vurulmuş möhür və ya ştampın həqiqiliyini təsdiq edir. Apostilin özündə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təsdiq edilməsi və ya leqallaşdırması tələb olunmur. Həm sənədlərin özü, həm də onların tərcüməsi apostil edilə bilər.

Hansı sənədlər apostil olunur?

Apostil edilən sənədlərin siyahısı aşağıdakı kimidir:

  • dövlət qurumları tərəfindən verilən sənədlər;
  • məhkəmə sənədləri;
  • notarial qaydada təsdiq edilmiş sənədlər.

Sənədlərin apostil olunması prosesi Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

Ədliyyə Nazirliyi tərəfindən apostil edilən sənədlər:

  • məhkəmələrin verdiyi sənədlər;
  • prokurorluq orqanlarının sənədləri;
  • ədliyyə orqanlarının sənədləri;
  • notarial qaydada təsdiq edilmiş sənədlər;
  • vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sənədləri.

Bu siyahıda olmayan digər sənədlər isə Xarici İşlər Nazirliyi tərəfindən apostil olunur. Diplomatik qaydada verilmiş sənədlər, habelə, gömrük və kommersiya əməliyyatlarına aid olan inzibati qaydada verilən sənədlər də apostil olunmur. Sənədlər adətən 5 iş günü müddətinə apostil olunur, lakin bu müddət bir sənəd üçün nəzərdə tutulmuşdur və sənəd sayı çox olarsa bu müddət uzana bilər.

Sənədlər apostil olunması üçün bilvasitə sizin tərəfinizdən, yaxın qohumlarınız tərəfindən və ya etibarnamə üzrə nümayəndəniz tərəfindən verilə bilər.

Apostil verilməsi ilə bağlı xidmətlər

Əgər siz Azərbaycanda deyilsinizsə lakin sənədləriniz apostil olunmalıdırsa komandamızın peşəkar hüquqşünasları ilə əlaqə saxlayaraq öz sənədlərinizin apostil olunması prosesini bizə həvalə edə bilərsiniz. Komandamızın peşəkar hüquqşünasları sizin sənədlərinizə apostil verilməsi ilə bağlı Sizə aşağıdakı xidmətləri göstərir:

  • sənədlərin orijinallarının apostil olunması;
  • sənədlərin tərcümələrinin apostil olunması;
  • apostil olunmuş sənədlərin sizə göndərilməsi.

Əgər sənədlərinizin təcili apostil olunması lazımdırsa elə indi bizim hüquqşünaslarla əlaqə saxlayaraq bu prosesi daha asan və qısa zamanda başa çatdıra bilərsiniz.

Əcnəbi vətəndaşlar Apostil xidmətləri  (Apostille services in Azerbaijan) səhifəsinə keçid etməklə detallı məlumat əldə edə bilərlər.

Faydalı Linklər

  1. Mülki hüquqi xidmətlər
  2. Ailə hüquqi xidmətlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

VƏKİL XİDMƏTİOfis
Hüquqi xidmətlərdən yararlanmaq üçün bizə müraciət edə bilərsiniz
AZ1025, Azure Biznes Mərkəzi, 26-cı mərtəbə, 165B Bakı, Azərbaycan
Bizimlə əlaqəSosial şəbəkələr
Sosial mediada bizi izləyin!
Bizimlə əlaqəSosial şəbəkələr
Sosial mediada bizi izləyin!
MenyuFaydalı keçidlər
MenyuFaydalı keçidlər
ACONOffice
Reach out or visit our office to access ACON's exceptional services for your needs
GET IN TOUCHACON Social Links
Follow us on social media to stay updated and connected with ACON