Bankla bağlı hüquqi mübahisəniz var? Barənizdə məhkəməyə müraciət edilir? Elə isə bank hüququ sahəsində ixtisaslaşmış, təcrübəli vəkillərimizin hüquqi yardımından yararlanın! Bank mübahisəsi yaranan zaman təəssüflər olsun ki, borclu vətəndaşlar və ya şirkətlər məhkəmədə hüquqlarının müdafiəsinə laqeyd yanaşırlar. Halbuki, professional hüquqi yardım almaqla məhkəmə mübahisəsinin gedişində arzuolunan və müsbət nəticə əldə etmək olar.
Problemli kreditlərlə bağlı məhkəmədə olan işlər əsasən aşağıdakı kimidir:
1) Nağd pul kreditləri üzrə məhkəmə mübahisələri 2) İpoteka kreditləri üzrə məhkəmə mübahisələri 3) Kommersiya kreditləri üzrə məhkəmə mübahisələri
Nağd pul kreditləri üzrə məhkəmə mübahisələri
Nağd pul kreditləri üzrə məhkəmə mübahisələri sıx rastgəlinən mübahisələrdəndir. Vətəndaşlar tərəfindən götürülən Nağd pul kreditləri ödənilmədikdə və ya gecikdirildikdə müxtəlif hüquqi problemlərlə qarşılaşırlar. Bəzən onlar borclarının düzgün hesablanmadığını, əlavə boc məbləğinin hesablandığını, faiz və cərimələrin düzgün tətbiq olunmadığı qənaətinə gəlirlər və belə olan halda sadalanan problemləri məhkəmədə mübahisələndirməklə uğurlu nəticə əldə etmək olar.
İpoteka kreditləri üzrə məhkəmə mübahisələri
İpoteka kreditləri praktikada ən çox vətəndaşlar və şirkətlər tərəfindən müraciət olunan kredit növüdür və məhkəmələrdə də ən çox rast gəlinən hüquqi mübahisələrdən biridir. İpoteka ilə bağlı mübahisələr əsasən ipoteka borcunun bank tərəfindən tələb edilməsi və ya bank tərəfindən borcun ödənilməsinin əmlaka yönləndirilməsi ilə bağlı olur. İpoteka müqavilələri daşınmaz əmlakın girov qoyulması ilə bağlanılır. İpoteka müqaviləsi bağlanan zaman gələcək risklərdən sığortalanmaq üçün ilk öncə öz ödəyicilik qabiliyyətinizi qiymətləndirməlisiniz. Bu o mənaya gəlir ki, sizin aylıq kredit məbləğini ödəyə bilib-bilməyəcəyinizə əmin olub daha sonra müqavilə bağlamağınız məqsədə uyğundur. Həmçinin müqavilə bağlanan zaman şərtləri diqqətlə oxumaq, aylıq ödəniləcək kredit məbləğləri, faizlər, kreditin ödəniləcəyi valyuta, kredit müddəti kimi məqamları aydınlaşdırmaq mütləqdir.
Kommersiya kreditləri üzrə məhkəmə mübahisələri
Banklar tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə və ya fərdi sahibkarlara güzəştli şərtlərlə daha böyük miqdarda kredit məbləğləri təklif edilir. Nə qədər güzəştli olsa da bu tip kreditlərlə bağlı mübahisələrin yaranması da kredit həcminin böyük olduğu nəzərə alınaraq riskli hesab edilir. Bu tipli kreditlər ödənilmədikdə də bank tərəfindən kredit məbləğinin tutulması hüquqi şəxsin və ya fərdi sahibkarların əmlakına yönəldilə bilər. Sahibkarlar üçün digər bir kredit növü də, xüsusən şirkətlər üçün bank tərəfindən kredit xətlərinin açılmasıdır. Kredit xəttinin açılmasının adi qaydada kredit götürülməsindən fərqi ondan ibarətdir ki, belə olan halda müştəri tərəfindən kredit konkret bir tarixdə deyil, onun ehtiyacı olduğu vaxtda və hissələrlə götürülə bilər. Kredit xətləri ilə bağlı məhkəmədə yaranan əsas mübahisələr borcun ödənilməməsi ilə bağlı borclunun öhdəliklərinin icrasının tələb edilməsi, həmçinin bu öhdəliklərin icrasının zaminlərdən tələb edilməsidir.
Zaminliklə bağlı mübahisələr
Zaminlərin öhdəliklərinə dair işlər də məhkəmə təcrübəsində tez-tez qarşılaşdığımız işlərdəndir. Belə ki, zaminlik müqaviləsinə əsasən zamin olan şəxs başqa şəxsin öz borc öhdəliyini hissə-hissə və ya tamamilə icra etməsi üçün öhdəliyi öz üzərinə götürən şəxsdir. Məsələn, X adlı şəxs bankdan kredit götürür, bankla həmin şəxs arasında kredit müqaviləsi imzalanır. Əgər siz həmin şəxsə zamin durursunuzsa sizinlə də zaminlik müqaviləsi imzalanır. Bu o deməkdir ki, gələcəkdə X adlı şəxs banka olan kredit borcunu ödəyə bilmədikdə siz onun yerinə məsuliyyəti öz üzərinizə götürmüş olursunuz, və həmin məbləğ bank tərəfindən sizdən tələb edilə bilər. Əgər sizin xəbəriniz olmadan kredit müqaviləsi dəyişdirilərsə, və bu sizin üçün əlverişsiz nəticələrə gətirib çıxararsa bu zaminliyə xitam verilməsi üçün əsas hesab edilir. Əgər şəxs kredit xətti müqaviləsi üzrə zamindirsə, daha sonra həmin kredit xətti müqaviləsi üzrə borclu ilə kredit müqavilələri imzalanırsa, bu müqavilələrdə nəzərdə tutulmuş öhdəliyin həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğdən çox olmamalı, həmçinin orada müəyyən edilmiş müddət daxilində olmalıdır.
Nəticə
Banklarla vətəndaşlar və şirkətlər arasında olan mübahisələr sizin üçün pul itkisi, və ya əmlakınızın itirilməsi ilə nəticələnə bilər. Bu səbəbdən də kredit münasibətlərinin iştirakçısı olmazdan əvvəl bütün məqamlara diqqətlə yanaşmaq, riskləri qiymətləndirmək və peşəkar hüquqşünaslarla əlaqədə olmaq sizin üçün daha faydalı ola bilər. Həmçinin, bu tipli mübahisələrlə üzləşmisinizsə komandamızın bank və kommersiya münasibətlərində ixtisaslaşmış peşəkar hüquqşünaslarına güvənlə müraciət edə bilərsiniz.
Bildiyimiz kimi yaşadığımız dünyada cinayətdən təəssüf ki, heç kəs sığortalanmayıb. Cinayət hüququ sahəsi ilə əlaqədar olan işlər ciddi, məsuliyyət tələb edən və kifayət qədər həssas işlərdir.
Kommersiya münasibətləri dedikdə sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranan münasibətlər nəzərdə tutulur. Kommersiya mübahisələri zamanı peşəkar vəkillərimizlə əlaqə saxlayaraq maddi itkilərinizin qarşısını ala bilərsiniz.
Mülki münasibətlər gündəlik həyatımızın əsas hissəsini təşkil edir. Mülki hüquqa dair mübahisələrinizdə peşəkar hüquqi xidmətlərdən yararlanmaq istəyirsinizsə, komandamızın peşəkar vəkilləri ilə əlaqə saxlaya bilərsiniz.
Vergi sahəsində mübahisələr əsasən vergi orqanları ilə ödəyiciləri arasında baş verir. Vergi sahəsində mübahisələr vergilərin vaxtında ödənilməməsi və ya sahibkarlara əsassız vergi borclarının yazılması ilə əlaqəli ola bilər
Əqli mülkiyyət hüququ sizin yaratdığınız və ya sizə məxsus olan hər hansısa ixtiraya, əsərə, əmtəə nişanına, sənayə obyektinə vəs. aid olan hüquqlarınızdır. Əqli mülkiyyət hüququ qeyri-qanuni istifadədən qorunmanı təmin edir.
Miqrasiya xidmətlərinə ehtiyacınız var? Xidmətlərimiz: Müvəqqəti yaşayış, daimi yaşayış və iş icazələrinin alınması, vətəndaşlığa mənsubiyyətin tanınması, qərarların məhkəmədə mübahisələndirilməsi və s
Cəmiyyətdə ailə mübahisələri qaçılmazdır. Belə hassas situasiyalarda mütləq professional hüquqi məsləhət almaq lazım gəlir ki, bu da sizi və maraqlarınızı gələcək risklərdən sığortalayır.
Biznes fəaliyyətinizi komandamızın peşəkar hüquqşünaslarına həvalə edə bilərsiniz. Bu prosesdə bütün detalları nəzərə alaraq sizə istədiyiniz nəticəni ən effektiv şəkildə vermək bizim başlıca məqsədimizdir.
Bankla bağlı hüquqi mübahisəniz var? Barənizdə məhkəməyə müraciət edilir? Elə isə bank hüququ sahəsində ixtisaslaşmış, təcrübəli vəkillərimizin hüquqi yardımından yararlanın. Peşəkar vəkillərimiz sizinlədir.
VƏKİL XİDMƏTİOfis
Hüquqi xidmətlərdən yararlanmaq üçün bizə müraciət edə bilərsiniz
AZ1025, Azure Biznes Mərkəzi, 26-cı mərtəbə, 165B Bakı, Azərbaycan