Azərbaycanda hüquqi xidmətlər

Əqli mülkiyyət
Hüquqi Xidmət

Əqli mülkiyyət hüququ sizin yaratdığınız və ya sizə məxsus olan hər hansısa ixtiraya, əsərə, əmtəə nişanına, sənayə obyektinə vəs. aid olan hüquqlarınızdır. Əqli mülkiyyət hüquqlarının qorunması əqli mülkiyyət obyektlərinin  qeyri-qanuni istifadədən qorunmasına imkan verir.

Əqli mülkiyyətlə bağlı hüquqi xidmətlər

  • Əmtəə nişanının qeydiyyatı;
  • İxtira, faydalı model, sənaye nümunələrinə dair hüquqların rəsmiləşdirilməsi;
  • Əqli mülkiyyət sahəsində mübahisələr.

Əmtəə nişanlarının qeydiyyatı

Əmtəə nişanlarının qeydiyyatından bəhs etməzdən öncə əmtəə nişanına qısa bir anlayış verək. Əmtəə nişanı dedikdə sahibkarın xidmətlərini və ya məhsullarını digər sahibkarların xidmət və ya məhsullarından fərqləndirən nişan və ya nişanların birləşməsi nəzərdə tutulur.

Əmtəə nişanlarının qeydiyyatından imtina

Əmtəə nişanı kimi sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, rənglərin və ya bütün qeyd edilənlərin uzlaşması qeydiyyata alına bilər. Əmtəə nişanlarının qeydiyyatı üçün müraciət edilən zaman müəyyən məqamlara diqqət yetirməlisiniz. Belə ki, seçdiyiniz nişan fərqlənmə qabiliyyətinə malik olmalıdır, yəni məsələn, ümumişlək söz olan hər kəs tərəfindən işlədilən hər hansısa bir söz heç bir fəqlənmə elementi olmadan əmtəə nişanı kimi qeydiyyata alına bilməz.

Həmçinin, ictimai qaydaya, mənəviyyat və ya əxlaqa zidd olan ifadə və ya elementlər əmtəə nişanı kimi qeydə alına bilməz. Başqa sahibkarlar tərəfindən qeydiyyata alınmış və işlədilən nişanlar da qeydiyyata alına bilməz, bu səbəbdən də əmtəə nişanını seçdikdən sonra qeydiyyatdan əvvəl onun mövcud olub olmaması ilə bağlı Əqli Mülkiyyət Agentliyi ilə dəqiqləşdirmə aparmaq mütləqdir, əks halda sizin nişanın qeydiyyatından imtina edilə bilər.

Həmçinin, istehlakçını yanılda bilən nişanlar da qeydiyyata alına bilməz. Məsələn, Çin şirkəti türk adından ibarət olan hansısa əmtəə nişanını qeydiyyatdan keçirmək istəsə bununla bağlı imtina alacaqdır, çünki mənşə ölkə Çindir, nişan isə türk adıdır, bu istehlakçılarda məhsulun türk məhsulu olmasına dair təəssürat yarada bilər.

Əmtəə nişanlarının qeydiyyatı nə üçün vacibdir? Əmtəə nişanları sizin xidmət və məhsullarınızı digərlərindən fərqləndirir və sizin özünüzə məxsus brendinizi yaradır. Əgər siz istifadə etdiyiniz əmtəə nişanını qeydiyyatdan keçirməsəniz başqabir sahibkar sizdən əvvəl onu qeydiyyatdan keçirə bilər. Əmtəə nişanının qeydiyyatı həmin nişanın mühafizəsi deməkdir.

Əmtəə nişanının qeydiyyatı üçün tələb edilən sənədlər hansılardır?

  1. Əqli mülkiyyət agentliyi tərəfindən müəyyən edilmiş ərizə formaları;
  2. Əgər hüquqi şəxs adından müraciət edilirsə, həmin hüquqi şəxsin təsis sənədlərinin surəti;
  3. Əmtəə nişanının təsviri;
  4. Nümayəndəniz sizin adınızdan çıxış edirsə etibarnamə.

Qeyd edək ki, əgər siz əmtəə nişanı qeydiyyatı prosesini peşəkarlara həvalə etmək istəyirsinizsə etibarnamə verməklə bu prosesi peşəkar patent müvəkkillərinə həvalə edə bilərsiniz. Əmtəə nişanı qeydiyyatından əvvəl ilkin araşdırmanın aparılması, daha sonra lazımi sənədlərin toplanaraq mövud prosedurlara uyğun şəkildə Əqli Mülkiyyət Agentliyinə müraciət edilməsi prosesində komandamızın patent müvəkilləri sizə peşəkarcasına xidmət göstərə bilərlər.

İxtira, faydalı model, sənaye nümunələrinə dair hüquqların rəsmiləşdirilməsi

Yəqin ki, bir çoxumuz “patent” anlayışını eşitmişik. Patent dedikdə ixtira, faydalı model və sənaye nümunəsi üçün səlahiyyətli dövlət orqanı tərəfindən verilən mühafizə sənədi nəzərdə tutulur. Azərbaycan Respublikasında patentin verilməsi Əqli Mülkiyyət Agentliyinin səlahiyyətinə aiddir. Patent hüquqları ərazi xarakteri daşıyır. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən verilən patentin qüvvəsi də Azərbaycan Respublikasının ərazisi ilə məhdudlaşır.

Qüvvədə olma müddətləri

  • İxtira üçün – 20 il
  • Faydalı model üçün  – 10 il
  • Sənaye nümunəsi üçün  – 10 il

Patent almaq üçün iddia sənədi ilə Əqli Mülkiyyət Agentliyinə müraciət edilməlidir. İddia sənədi patent alınması üçün lazım olan sənədlər toplusudur.

Patent alınması üçün lazım olan sənədlər

  1. Patentin alınması üçün ərizə;
  2. İxtiranın və ya faydalı modelin mahiyyətini tam açıqlayan və həyata keçirilməsi üçün aydın təsviri;
  3. İxtiranın və ya faydalı modelin təsvirinə əsaslanan və mahiyyətini ifadə edən düsturu;
  4. İddia obyektinin mahiyyətinin başa düşülməsi üçün zəruri olan çertyojlar və digər materiallar;

İddiaçı bir neçə fiziki şəxs olduqda, ərizə onların hər biri və ya səlahiyyətli nümayəndəsi, yaxud onların birlikdə müəyyən etdikləri səlahiyyətli nümayəndə tərəfindən imzalanmalıdır.

Ərizə Azərbaycan dilində tərtib olunmalıdır. İddia sənədinin digər materialları Azərbaycan dilində  və  ya başqa dildə  verilə  bilər. İddia sənədinin başqa dildə verilmiş materiallarının Azərbaycan dilinə tərcüməsi iddia sənədinin verildiyi gündən 2 ay müddətində Əqli Mülkiyyət Agentliyinə təqdim edilməlidir.

Əqli mülkiyyət sahəsində olan mübahisələr

Əmtəə nişanlarının qeydiyyatından imtina edilməsi

Əqli mülkiyyət hüququ ilə bağlı əsas rast gəlinən mübahisələrdən biri əmtəə nişanlarının qeydiyyatından imtina edilməsi ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən qəbul edilən qərarlardır. Bu qərarlar çox zaman əsaslı olsa da bəzən isə yanlış əsaslandırma ilə qəbul edilmiş ola bilər. Belə olan halda bu qərarlarda nəzərdə tutulmuş müddətdə müvafiq qaydada apellyasiya şikayəti verilməlidir. Şikayət verilən zaman şikayət düzgün əsaslandırılmalı, həmçinin lazımi sübutlar təqdim edilməlidir.  Bütün bu hallara riayət edilməsi sizin bu mübahisələr zamanı uğurlu olmağınızla nəticələnəcəkdir.

Əmtəə nişanlarından qanunsuz istifadə

Əqli mülkiyyətlə bağlı şəxslərin qarşılaşdığı digər problemlərdən biri sizin sizin qanuni şəkildə qeydiyyatdam keçirdiyiniz əmtəə nişanınızdan başqa sahibkarın qanunsuz şəkildə istifadə etməsidir. Qeyd edək ki, bu hal həmin şəxs üçün cinayət məsuliyyətinə səbəb olur və şəxsin cərimələnməsi ilə nəticələnir. Bu kimi hallarla qarşılaşan zaman hüquqlarınızın effektiv müdafiəsi üçün peşəkarlara müraciət edə bilərsiniz.

QEYD: Əcnəbi vətəndaşlar aşağıdaki linkə keçid etməklə Azərbaycan Respublikasında müxtəlif əsaslarla yaşayış icazələrinin alınması barədə ətraflı məlumat əldə edə bilərlər.

Hüquqi Xidmətlər

Aşağıdaki hüquqi xidmətləri təklif edirik
Bildiyimiz kimi yaşadığımız dünyada cinayətdən təəssüf ki, heç kəs sığortalanmayıb. Cinayət hüququ sahəsi ilə əlaqədar olan işlər ciddi, məsuliyyət tələb edən və kifayət qədər həssas işlərdir.
Kommersiya münasibətləri dedikdə sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranan münasibətlər nəzərdə tutulur. Kommersiya mübahisələri zamanı peşəkar vəkillərimizlə əlaqə saxlayaraq maddi itkilərinizin qarşısını ala bilərsiniz.
Mülki münasibətlər gündəlik həyatımızın əsas hissəsini təşkil edir. Mülki hüquqa dair mübahisələrinizdə peşəkar hüquqi xidmətlərdən yararlanmaq istəyirsinizsə, komandamızın peşəkar vəkilləri ilə əlaqə saxlaya bilərsiniz.
Vergi sahəsində mübahisələr əsasən vergi orqanları ilə ödəyiciləri arasında baş verir. Vergi sahəsində mübahisələr vergilərin vaxtında ödənilməməsi və ya sahibkarlara əsassız vergi borclarının yazılması ilə əlaqəli ola bilər
Əqli mülkiyyət hüququ sizin yaratdığınız və ya sizə məxsus olan hər hansısa ixtiraya, əsərə, əmtəə nişanına, sənayə obyektinə vəs. aid olan hüquqlarınızdır. Əqli mülkiyyət hüququ qeyri-qanuni istifadədən qorunmanı təmin edir.
Miqrasiya xidmətlərinə ehtiyacınız var? Xidmətlərimiz: Müvəqqəti yaşayış, daimi yaşayış və iş icazələrinin alınması, vətəndaşlığa mənsubiyyətin tanınması, qərarların məhkəmədə mübahisələndirilməsi və s
Cəmiyyətdə ailə mübahisələri qaçılmazdır. Belə hassas situasiyalarda mütləq professional hüquqi məsləhət almaq lazım gəlir ki, bu da sizi və maraqlarınızı gələcək risklərdən sığortalayır.
Biznes fəaliyyətinizi komandamızın peşəkar hüquqşünaslarına həvalə edə bilərsiniz. Bu prosesdə bütün detalları nəzərə alaraq sizə istədiyiniz nəticəni ən effektiv şəkildə vermək bizim başlıca məqsədimizdir.
Bankla bağlı hüquqi mübahisəniz var? Barənizdə məhkəməyə müraciət edilir? Elə isə bank hüququ sahəsində ixtisaslaşmış, təcrübəli vəkillərimizin hüquqi yardımından yararlanın. Peşəkar vəkillərimiz sizinlədir.
VƏKİL XİDMƏTİOfis
Hüquqi xidmətlərdən yararlanmaq üçün bizə müraciət edə bilərsiniz
AZ1025, Azure Biznes Mərkəzi, 26-cı mərtəbə, 165B Bakı, Azərbaycan
Bizimlə əlaqəSosial şəbəkələr
Sosial mediada bizi izləyin!
Bizimlə əlaqəSosial şəbəkələr
Sosial mediada bizi izləyin!
MenyuFaydalı keçidlər
MenyuFaydalı keçidlər
ACONOffice
Reach out or visit our office to access ACON's exceptional services for your needs
GET IN TOUCHACON Social Links
Follow us on social media to stay updated and connected with ACON