Azərbaycanda hüquqi xidmətlər

Vergi hüququ
Vəkil Xidmətləri

Vergi sahəsi üzrə hüquq xidmətləri

Fərdi sahibkarların eləcə də, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin qarşılaşdığı problemlərdən biri də vergi mübahisələri ilə bağlıdır. Bu yazımızda vergi sahəsində tez-tez qarşılaşdığımız vergi mübahisələri və sizə təklif edəcəyimiz peşəkar hüquqi xidmətlər barədə danışacağıq.

Vergi yoxlamaları və vergi qərarından şikayət

Vergi ödəyicilərinin fəaliyyəti kameral və səyyar vergi yoxlamaları vasitəsilə vergi orqanları tərəfindən yoxlanılır.

Kameral vergi yoxlaması

Kameral vergi yoxlaması dedikdə – vergi orqanı tərəfindən yerlərə getmədən vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilən yoxlama nəzərdə tutulur.

Səyyar vergi yoxlaması

Səyyar vergi yoxlaması dedikdə – vergi orqanı tərəfindən vergi ödəyicisinin fəaliyyət göstərdiyi məkanda keçirilən vergi yoxlaması növü nəzərdə tutulur. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar formada ola bilir. Səyyar vergi yoxlaması 1 il ərzində yalnız bir dəfə keçirilə bilər və bu yoxlamanın müddəti 30 gündən artıq olmamalıdır. Lakin, müstəsna hallarda bu müddət 90 günə qədər artırıla bilər. Səyyar vergi yoxlaması həyata keçirildikdən sonra vergi orqanı tərəfindən yoxlamanın nəticələri üzrə qərar çıxarılır.

Vergi qərarından şikayət qaydası

Səyyar və kameral vergi yoxlamaları zamanı vergi orqanı əməkdaşlarının qanunsuz hərəkətlərindən, habelə vergi orqanları tərəfindən çıxarılan aktlardan və ya qərarlardan hər bir vergi ödəyicisi şikayət edə bilər. Şikayət iki qaydada verilə bilər:

1. Yuxarı vergi orqanına şikayət;
2. Məhkəmə qaydasında şikayət.

Qeyd edək ki, sizin yuxarı vergi orqanına şikayət verməyiniz, məhkəməyə müraciət etməyinizi istisna etmir. Yəni eyni zamanda həm yuxarı vergi orqanına, həm də məhkəməyə müraciət edə bilərsiniz. Lakin şikayət verən zaman diqqət edilməli olan bəzi məqamlar var ki, bunlardan biri də müddətlə bağlıdır. Belə ki, vergi orqanlarının qərar və ya aktlarından yuxarı vergi orqanına vergi ödəyicisi tərəfindən öz hüquqlarını pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində şikayət verilə bilər. Əgər göstərilən müddət üzrlü səbəbdən buraxılmışdırsa, şikayət verən şəxsin ərizəsi əsasında bu müddət bərpa edilə bilər. Bunu da qeyd edək ki, yuxarı vergi orqanına verilən şikayətə 30 gün ərzində baxılmalıdır. Baxıldıqdan sonra isə 10 gün müddətində şikayətə yazılı şəkildə cavab verilməlidir.

Vergi borcunun tutulması

Vergi sahəsində məhkəmə təcrübəsində tez-tez rast gəlinən işlərdən biri vergi borcunun tutulması ilə bağlıdır. Adətən bu tip mübahisələrdə iddiaçı tərəf kimi vergi orqanı, cavabdeh kimi isə vergi ödəyicisi çıxış edir. Ümumi təcrübəyə baxdıqda qeyd edilən mübahisələr üzrə adətən məhkəmələr cavabdeh tərəfin xeyrinə yekun qərar qəbul edir. Burada əsas səbəb vergi borclarının ödənilməsi üzrə vergi orqanları tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalara əməl edilməməsidir.  Bu kimi hallarda vergi ödəyiciləri diqqətli olmalıdırlar, əgər sizin barənizdə vergi orqanı sizə əvvəlcədən borcun ödənilməsi ilə bağlı xəbardarlıq etmədən və ya digər mümkün vasitələrdən istifadə etmədən məhkəməyə müraciət etmişdirsə sizin bu iddiaya etiraz etmək hüququnuz var.

Əmlakın açıq hərracda satılması

Vergi mübahisələri zamanı qarşılaşdığımız digər bir məsələ isə əmlakın açıq hərracda satılması ilə bağlıdır. Vergi ödəyicisi tərəfindən vergi öhdəlikləri yerinə yetirilmədikdə yaranmış vergi borcunun ödənilməsi üçün onun əmlakı siyahıya alınır. Daha sonra siyahıya alınan əmlakın məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında hərracda satışı həyata keçirilir. Bu kimi hallarda vergi ödəyiciləri aşağı instansiya məhkəmələrinin qərarlarından yuxarı məhkəmələrə şikayət etmək hüquqlarından istifadə etməlidirlər.

Vergi ödənişlərinin düzgün hesablanmaması

Praktikada tez-tez rast gəlinən vergi mübahisələrindən bir digəri də vergi ödənişlərinin düzgün hesablanmaması ilə bağlıdır. Bəzən vergi orqanları tərəfindən vergi ödəyicisinin ödəyəcəyi vergi məbləğləri və ya vergi borcları düzgün hesablanmır. Belə hallarla qarşılaşan vergi ödəyicisinin də həmçinin yuxarı vergi orqanına və məhkəməyə şikayət etmək hüququ yaranır. Bəzi hallarda vergi orqanları sahibkarlıq fəaliyyətini dayandırmış vergi ödəyicisi barəsində vergi borcunun ödənilməsi tələbini irəli sürürlər. Burada vergi ödəyicilərinin diqqət etməli olduqları məqamlardan biri budur ki, qanunvericiliyin tələblərinə əsasən vergi ödəyicisi fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, 30 gündən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bundan əlavə vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim etməlidir. Fəaliyyətini dayandırmış vergi ödəyicisi tərəfindən qeyd olunmuş qaydalara əməl olunduğu halda onun barəsində vergi borcu hesablanmışdırsa bu qanunsuz hesab edilir və vergi ödəyicisinin bu kimi hallarda şikayət etmək hüququ yaranır.

Vergi sahəsində hüquqi xidmətlər

Vergi sahəsi üzrə yaranan münasibətlər və bu münasibətlərdən irəli gələn mübahisələr kifayət qədər mürəkkəb olur. Əgər sahibkarlıq fəaliyyəti ilə məşğulsunuzsa vergi məsələləri ilə bağlı peşəkarlardan məsləhət almağınız arzu olunandır. İlk öncə qeyd edək ki, vergi sahəsiylə bağlı hüquqi xidmətləri 2 kateqoriyaya ayırmaq mümkündür:

1. Ümumi vergi məsələləri ilə bağlı hüquqi və fiziki şəxslərə göstərilən hüquqi xidmətlər;
2. Vergi mübahisələri ilə bağlı göstərilən hüquqi xidmətlər.

Ümumi vergi məsələləri ilə bağlı hüquqi və fiziki şəxslərə göstərilən hüquqi xidmətlər

Ümumiyyətlə, vergi sahəsində problemli hallarla qarşılaşmamaq, vergi orqanı ilə vergi ödəyicisi arasında olan mübahisələrin iştirakçılarına çevrilməmək üçün bu sahədə professionallarla işləmək hər bir sahibkar üçün vacibdir. Şirkətimizin peşəkar hüquqşünasları sizlərə müəyyən vergi əməliyyatlarının həyata keçirilməsi, onların nəticələri və vergi qanunvericiliyi sahəsində konsaltinq xidmətləri təklif edir. Bundan əlavə Azərbaycanda sahibkarlıq fəaliyyətinə başlayan zaman vergi sahəsində mövcud ola biləcək risklərin qiymətləndirilməsi, vergi planlamasının hazırlanması ilə bağlı hüquqi xidmətlərimizdən də yararlana bilərsiniz.

Vergi mübahisələri ilə bağlı göstərilən hüquqi xidmətlər

Vergi münasibətləri çoxşaxəli və mürəkkəb münasibətlər olduğu üçün bu münasibətlərlə bağlı bəzən vergi ödəyiciləri ilə vergi orqanları arasında mübahisəli halların yaranması da qaçılmaz olur. Bu kimi mübahisələr zamanı peşəkar vəkil xidmətindən istifadə etmək sizi qarşılaşa biləcəyiniz hüquqi risklərdən sığortalayır.

Təqdim etdiyimiz vergi hüquqi xidmətləri

Şirkətimizin peşəkar hüquqşünasları sizə vergi mübahisələri ilə bağlı aşağıdakı hüquqi xidmətləri təklif edirlər:
1. Vergi orqanı əməkdaşlarının qanunsuz hərəkətlərindən şikayət etmək;
2. Vergi orqanının çıxardığı aktdan (qərardan) yuxarı vergi orqanına şikayət etmək;
3. Çıxarılan aktlar (qərarlar) məhkəmədə mübahisələndirilən zaman iddiaların qaldırılması;
4. İddiaçı və ya cavabdeh tərəfin nümayəndəsi qismində məhkəmədə təmsilçilik;

Bu kimi hallarla qarşılaşmamaq və ya qarşılaşan zaman düzgün addımlar atmaq üçün peşəkar hüquqşünaslarımız sizə öz xidmətlərini təklif edir. Siz də sahibkarlıq fəaliyyətiniz zamanı vergi sahəsində yarana biləcək risklərdən sığortalamaq istəyirsinizsə komandamızın peşəkar hüquqşünaslarına müraciət edə bilərsiniz.

Hüquqi Xidmətlər

Aşağıdaki hüquqi xidmətləri təklif edirik
Bildiyimiz kimi yaşadığımız dünyada cinayətdən təəssüf ki, heç kəs sığortalanmayıb. Cinayət hüququ sahəsi ilə əlaqədar olan işlər ciddi, məsuliyyət tələb edən və kifayət qədər həssas işlərdir.
Kommersiya münasibətləri dedikdə sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranan münasibətlər nəzərdə tutulur. Kommersiya mübahisələri zamanı peşəkar vəkillərimizlə əlaqə saxlayaraq maddi itkilərinizin qarşısını ala bilərsiniz.
Mülki münasibətlər gündəlik həyatımızın əsas hissəsini təşkil edir. Mülki hüquqa dair mübahisələrinizdə peşəkar hüquqi xidmətlərdən yararlanmaq istəyirsinizsə, komandamızın peşəkar vəkilləri ilə əlaqə saxlaya bilərsiniz.
Vergi sahəsində mübahisələr əsasən vergi orqanları ilə ödəyiciləri arasında baş verir. Vergi sahəsində mübahisələr vergilərin vaxtında ödənilməməsi və ya sahibkarlara əsassız vergi borclarının yazılması ilə əlaqəli ola bilər
Əqli mülkiyyət hüququ sizin yaratdığınız və ya sizə məxsus olan hər hansısa ixtiraya, əsərə, əmtəə nişanına, sənayə obyektinə vəs. aid olan hüquqlarınızdır. Əqli mülkiyyət hüququ qeyri-qanuni istifadədən qorunmanı təmin edir.
Miqrasiya xidmətlərinə ehtiyacınız var? Xidmətlərimiz: Müvəqqəti yaşayış, daimi yaşayış və iş icazələrinin alınması, vətəndaşlığa mənsubiyyətin tanınması, qərarların məhkəmədə mübahisələndirilməsi və s
Cəmiyyətdə ailə mübahisələri qaçılmazdır. Belə hassas situasiyalarda mütləq professional hüquqi məsləhət almaq lazım gəlir ki, bu da sizi və maraqlarınızı gələcək risklərdən sığortalayır.
Biznes fəaliyyətinizi komandamızın peşəkar hüquqşünaslarına həvalə edə bilərsiniz. Bu prosesdə bütün detalları nəzərə alaraq sizə istədiyiniz nəticəni ən effektiv şəkildə vermək bizim başlıca məqsədimizdir.
Bankla bağlı hüquqi mübahisəniz var? Barənizdə məhkəməyə müraciət edilir? Elə isə bank hüququ sahəsində ixtisaslaşmış, təcrübəli vəkillərimizin hüquqi yardımından yararlanın. Peşəkar vəkillərimiz sizinlədir.
VƏKİL XİDMƏTİOfis
Hüquqi xidmətlərdən yararlanmaq üçün bizə müraciət edə bilərsiniz
AZ1025, Azure Biznes Mərkəzi, 26-cı mərtəbə, 165B Bakı, Azərbaycan
Bizimlə əlaqəSosial şəbəkələr
Sosial mediada bizi izləyin!
Bizimlə əlaqəSosial şəbəkələr
Sosial mediada bizi izləyin!
MenyuFaydalı keçidlər
MenyuFaydalı keçidlər
ACONOffice
Reach out or visit our office to access ACON's exceptional services for your needs
GET IN TOUCHACON Social Links
Follow us on social media to stay updated and connected with ACON