Atalığın müəyyən edilməsi

25 May 2024by info@acon.az0
AllBloq

Ər və arvad arasında nikah mövcuddursa doğulan uşaq üçün atalığın müəyyən edilməsi tərəflər arasında olan nikah haqqında şəhadətnaməyə əsasən həyata keçirilir. Lakin, uşaq nikahdan kənar dünyaya gəlmişdirsə, belə olan halda atalığın müəyyən edilməsi və atalıq faktının müəyyən edilməsi ilə bağlı işlərə məhkəmə qaydasında da baxıla bilər. Bu mübahisələr təcrübədə rast gəldiyimiz geniş yayılmış ailə mübahisələrindən biridir.

Uşaq nikahdan kənar dünyaya gəlirsə atalıq faktı necə müəyyən olunur?

Əgər uşaq nikahdan kənar dünyaya gəlirsə atalığın müəyyən edilməsi üsulu aşağıdakılardır:

  • Valideynlərin ərazi üzrə qeydiyyat orqanına birgə ərizə ilə müraciət etməsi;
  • Uşağın atasının ərazi üzrə qeydiyyat orqanına ərizə ilə müraciət etməsi;
  • Yuxarıda qeyd edilənlər olmadığı halda, atalıq valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda, yəni 18 yaşdan yuxarı olduqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən edilir.

Atalıq məhkəmə qaydasında müəyyən edilən zaman iddia ərizəsi ilə  atanın qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət etmək lazımdır. Bu kimi işlərdə iddia ərizəsinin düzgün hüquqi əsaslandırılması mütləqdir.

Əgər əlinizdə qeyd edilən şəxsin sizin və ya övladınızın atası olduğuna dair əsaslı sübutlar varsa (həmin şəxslə olan şəkillər, videogörüntülər vəs.) bu sübutlar mütləq məhkəməyə təqdim edilməlidir. Əgər cavabdeh tərəfindən sizin iddianıza etiraz edilərsə və uşağın atası olması inkar edilərsə, belə olan halda məhkəmə tərəfindən DNA ekspertizasının keçirilməsi qərara alınmalıdır. DNA ekspertizasının nəticəsi iş üzrə ən mötəbər sübut hesab edilir. Praktikada qarşılaşdığımız bəzi hallarda qarşı tərəf qəsdən bu ekspertizada iştirak etməkdən boyun qaçırır. Lakin, belə olan halda məhkəmə sizin xeyrinizə qərar çıxarır.

Atalığ faktının tanınması faktının müəyyən edilməsi üçün olan şərtlər hansılardır?

Atalığın tanınması faktının müəyyən edilməsi üçün 3 şərt mövcud olmalıdır:

1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır;

2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir;

3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır.

Bu hallar mövcud olduqda atalığın tanınması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək mövcuddur. Bu kimi işlərdə  ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlar – şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair  məhkəməyə təqdim edilməlidir.

Atalığın müəyyən edilməsi işləri üzrə məhkəməyə müraciət qaydası

Mülki prosessual məcəllənin tələblərinə əsasən, bu kimi işlərdə məhkəməyə iddia ərizəsi ilə yox xüsusi icraat qaydasında ərizə ilə müraciət etmək lazımdır. Belə olan halda siz ərizəçi, qarşı tərəfin yerinə çıxış edən şəxs isə maraqlı şəxs qismində çıxış edir. Bu işlər üzrə praktikada tez-tez rast gəlinən problemlərdən biri maraqlı şəxs(lər) tərəfindən barəsində mübahisə edilən şəxsin uşağın atası olmasının inkar edilməsidir. Bu kimi hallarda da adətən məhkəmə tərəfindən məhkəmə tibbi-bioloji ekspertizasının keçirilməsi qərara alınır. Ekspertizanın nəticəsi iş üzrə düzgün qərar qəbul etməkdə vacib rol oynayır.

Bunu da qeyd edək ki, qeyd edilən hər iki halda atalıq müəyyən edildikdən sonra uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Yəni, artıq uşaq rəsmi olaraq şəxsin övladı hesab edilir və onun övladı kimi hüquq və vəzifələrə malik olur.

Atalığın müəyyən edilməsi ilə bağlı məhkəmə işlərinə aid xidmətlərimiz hansılardır?

  • İşin hallarının araşdırılması;
  • Mediasiya prosesində iştirak və təmsilçilik;
  • Məhkəməyə müraciət etmək üçün sübutların toplanılması, təhlili;
  • Məhkəməyə müraciət üçün müvafiq ərizənin hazırlanması;
  • Məhkəmədə təmsilçilik;
  • Məhkəmə qərarının icrası üçün müvafiq qurumlarda təmsilçilik.

Öz ailə münasibətlərindən irəli gələn mübahisələrinizin effektiv həlli üçün peşəkar vəkillərimlə elə indi əlaqə saxlaya bilərsiniz. Biz sizin etibarlı tərəfdaşınızıq, sizin məmnuniyyətiniz bizim üçün önəmlidir.

Atalığın müəyyən edilməsi ilə bağlı peşəkar hüquqi xidmət

Qeyd etməliyik ki, atalığın müəyyən olunması və atalıq faktının müəyyən olunması ilə bağlı məhkəmə işləri kifayət qədər həssas və diqqət tələb edən işlərdəndir. Belə ki, bu işlər üzrə iddia ərizəsinin detallı hazırlanması, sübutların toplanması və onların məhkəmədə düzgün əsaslandırılması, haqlı mövqeyinizin məhkəmədə effektiv müdafiəsi iş üzrə uğurlu olmaq üçün əsaslardan hesab edilir.

Bu sahədə komandamızın ailə hüququ sahəsində ixtisaslaşmış peşəkar hüquqşünaslarına etibar edərək  xidmətlərimizdən yararlana bilərsiniz.

Xidmətlərimizdən faydalanmaq üçün bizimlə əlaqə saxlayın!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

VƏKİL XİDMƏTİOfis
Hüquqi xidmətlərdən yararlanmaq üçün bizə müraciət edə bilərsiniz
AZ1025, Azure Biznes Mərkəzi, 26-cı mərtəbə, 165B Bakı, Azərbaycan
Bizimlə əlaqəSosial şəbəkələr
Sosial mediada bizi izləyin!
Bizimlə əlaqəSosial şəbəkələr
Sosial mediada bizi izləyin!
MenyuFaydalı keçidlər
MenyuFaydalı keçidlər
ACONOffice
Reach out or visit our office to access ACON's exceptional services for your needs
GET IN TOUCHACON Social Links
Follow us on social media to stay updated and connected with ACON