Təcrübədə ailə mübahisələri ilə bağlı ən çox rast gəlinən hüquqi prosedurlardan biri boşanma ilə əlaqəlidir. Rəsmi qaydada ailə münasibətlərində olan şəxslər boşanmağa qərar vermişlərsə bu prosesin hüquqi tərəfləri ilə bağlı diqqət etməli olduqları bir sıra məqamlar mövcuddur.
Qeyd: Ailə mübahisələri ilə bağlı daha detallı və ətraflı məlumat üçün “Ailə mübahisələri üzrə hüquqi xidmətlər” səhifəsinə keçid edə bilərsiniz.
İlk öncə qeyd edək ki, nikaha xitam verilməsi 2 qaydada həyata keçirilir:
- Müvafiq icra hakimiyyəti orqanı tərəfindən
- Məhkəmələr tərəfindən.