Ekstradisiya işləri üzrə vəkil xidmətləri

25 May 2024by info@acon.az0
AllBloq

Ekstradisiya dedikdə Azərbaycan Respublikasının ərazisində yaşayan, yaxud olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasından kənarda cinayət törətdiyi zaman həmin ölkədə cinayət məsuliyyətinə cəlb olunması üçün verilməsi nəzərdə tutulur.

Praktikada adətən rastlaşdığımız hallar başqa ölkədə cinayət törədən insanların Azərbaycana gəlməsi və daha sonra barələrində beynəlxalq axtarış elan olunduğu üçün burada tutulmaları ilə əlaqəli olur. Bu kimi hallarda şəxslər öz hüquqlarını bilməli və müdafiəçinin xidmətindən istifadə etməlidirlər. Qeyd edək ki, Ekstradisiya işləri üzrə vəkil xidmətləri Cinayət işləri üzrə vəkil və hüquq xidmətlərimizdən biridir.

Ekstradisiyanın şərtləri

Ekstradisiya prosesinin qanunvericilikdə müəyyən olunmuş şərtləri mövcuddur:

  • Xarici dövlət tərəfindən verilməsi sorğu edilən şəxs yalnız onun törətdiyi əməl Azərbaycan Respublikasının və sorğu edən dövlətin qanunvericiliyinə uyğun olaraq cinayət sayıldıqda və həmin əməlin törədilməsinə görə azı bir il azadlıqdan məhrumetmə cəzası, yaxud daha ağır cəza növü nəzərdə tutulduqda verilə bilər;
  • Törətdiyi cinayətə görə xarici dövlətin məhkəməsi tərəfindən azadlıqdan məhrumetmə cəzasına, yaxud daha ağır cəza növünə məhkum olunmuş şəxs cəzanın icrası üçün verilə bilər. Bu halda azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş müddəti altı aydan az ola bilməz.

Həmçinin, digər bir məsələ törədilən cinayətə görə şəxsə veriləcəyi ölkədə hansı cəzanın təyin ediləcəyi ilə bağlıdır. Belə ki, əgər şəxsə gedəcəyi ölkədə ömürlük azadlıqdan məhrumetmə və ya ölüm cəzası kimi cəzalar nəzərdə tutulmuşdursa, həmçinin, şəxsin veriləcəyi ölkədə işgəncələrə məruz qala biləcəyi ilə bağlı əsaslı şübhələr mövcuddursa belə olan halda şəxs həmin ölkəyə verilə bilməz.

Həmçinin, barəsində sorğu edilən şəxs onun verilməsi haqqında məsələ həll etdiyi zaman Azərbaycan Respublikasının vətəndaşı olursa belə olan halda da şəxsin verilməsindən imtina edilir.

Əgər şəxsə Azərbaycan Respublikasında siyasi sığınacaq verilmişdirsə və o, ölkəsində siyasi təqiblərə məruz qaldığı üçün burada siyası qaçqın kimi qalırsa bu şəxslərin də verilməsindən imtina edilir.

Həmçinin, əgər verilməsi haqqında sorğu edilən şəxsin törətdiyi və verilməyə əsas olan əməl Azərbaycan Respublikası tərəfindən siyasi xarakterli cinayət sayılırsa, bu halda da şəxs digər dövlətə ekstradisiya edilmir.

Qeyd edilən hallarda və bir sıra digər hallarda şəxsin ekstradisiyasından imtina edilməlidir. Lakin bəzən bu hallar düzgün araşdırılmaya və nəzərə alınmaya bilər, nəticədə isə şəxslər bəzən ədalətsizlik və böyük risklərlə qarşılaşa bilərlər. Elə bu səbəbdən də ekstradisiya işlərində vəkilin rolu mütləqdir.

Ekstradisiya işlərində vəkilin rolu

Əgər siz başqa ölkə ərazisində cinayət törətmisinizsə və Azərbaycan Respublikası ərazisindən ekstradisiya olunmağınızla bağlı proses başlamışdırsa müdafiəçinin xidmətlərindən istifadə etmək sizin hüququnuzdur və bu hüququnuz məhdudlaşdırıla bilməz.

Ekstradisiya işlərinin cinayət işləri ilə əlaqəli olduğunu nəzərə alsaq bu işlər kifayət qədər həssas işlər hesab olunur. Yol verilən ən kiçik bir yalnış insan həyatı üçün bərpaolunmaz nəticələrə yol aça bilər. Bu səbəbdən də peşəkar vəkillərə müraciət etməklə siz barənizdə ən ədalətli qərarın verilməsi üçün çalışa bilərsiniz.

Bu prosesdə vəkilin əsas rolu işin hallarının araşdırılması, bütün detalların diqqətlə təhlil edilməsi və şəxsin vəziyyətini yaxşılaşdıra biləcək bütün mümkün addımların atılması ilə bağlıdır. Çünki bəzən işin hallarında gözdən qaçan ən kiçik məqam belə sizin lehinizə ola bilər. Bu səbəbdən də ekstradisiya prosesi zamanı peşəkar müdafiəçilərin xidmətlərindən yararlana bilərsiniz.

Sizə təklif etdiyimiz xidmətlər

Komandamızın cinayət hüququ üzrə ixtisaslaşmış peşəkar hüquqşünasları sizi ekstradisiya işlərinizdə təmsil etməklə bağlı xidmətlərimizi sizə təklif edir. Xidmətlərimizə aşağıdakılar daxildir:

  • hüquq mühafizə orqanlarına təmsilçilik;
  • məhkəmədə təmsilçilik;
  • işin hallarının araşdırılması və zəruri müraciətlərin edilməsi;
  • iş üzrə bütün zəruri sənədlə.mə proseslərinin aparılması.

Əgər siz də öz hüquqi probleminizi peşəkarlara həvalə etmək istəyirsinizsə elə indi bizimlə əlaqə saxlaya bilərsiniz!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

VƏKİL XİDMƏTİOfis
Hüquqi xidmətlərdən yararlanmaq üçün bizə müraciət edə bilərsiniz
AZ1025, Azure Biznes Mərkəzi, 26-cı mərtəbə, 165B Bakı, Azərbaycan
Bizimlə əlaqəSosial şəbəkələr
Sosial mediada bizi izləyin!
Bizimlə əlaqəSosial şəbəkələr
Sosial mediada bizi izləyin!
MenyuFaydalı keçidlər
MenyuFaydalı keçidlər
ACONOffice
Reach out or visit our office to access ACON's exceptional services for your needs
GET IN TOUCHACON Social Links
Follow us on social media to stay updated and connected with ACON