Azərbaycanda sənədlərin leqallaşdırılması

25 May 2024by info@acon.az0
AllBloq

Bir ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Hazırda bu cür rəsmiləşdirmənin iki növü var: apostilin verilməsi və konsul leqallaşdırılması.

Apostil –  sənədi imzalayan şəxsin imzasının həqiqiliyini, bu şəxsin hərəkətlərinin doğruluğunu və lazım gəldikdə sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir.

Konsulluğun leqallaşdırılması – sənədlərdə və aktlarda olan imzaların həqiqiliyinin, bu sənədlərin və aktların konsulluğun yerləşdiyi dövlətin qanunlarına uyğunluğunun müəyyən edilməsindən və yoxlanılmasından ibarətdir.

Apostil və leqallaşdırma arasındakı fərq nədir?

Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbinin ləğv edilməsi haqqında” 1961-ci il 5 oktyabr tarixli Haaqa Konvensiyasına üzv olmayan bütün dövlətlər tərəfindən verilmiş rəsmi sənədlər leqallaşdırılmalıdır.

Leqallaşdırma apostildən daha uzun bir prosesdir və sənədin istifadə olunacağı xarici ölkənin konsulluğu tərəfindən təsdiqlənməsini tələb edir. Leqallaşdırılmış sənəd yalnız onu leqallaşdıran dövlətin ərazisində istifadə edilə bilər.

Leqallaşdırma ilə müqayisədə apostilin verilməsi bir mərhələli prosedurdur, sənədin yalnız bir orqan tərəfindən təsdiqlənməsini nəzərdə tutur və bu sənəd 5 oktyabr 1961-ci il tarixli “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbinin ləğvi” haqqında Haaqa Konvensiyasının üzvü olan bütün ölkələrdə təqdim oluna bilər.

Leqallaşdırma prosesini hansı dövlət orqanı həyata keçirir?

Sənədin əslinin konsul leqallaşdırılması üçün sənəd Xarici İşlər Nazirliyinin konsulluq idarəsinə göndərilməlidir.

Sənədin surətinin və ya tərcüməsinin leqallaşdırılması üçün ilk növbədə onun surətində və tərcüməsində tərcüməçinin imzasının həqiqiliyi notarius tərəfindən təsdiq edilir. Bu sənəddə notariusun imzasının və həmin notariat kontoruna məxsus möhürün həqiqiliyi Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilir. Bundan sonra sənəd Xarici İşlər Nazirliyinin konsulluq idarəsində və onun ərazisində istifadə olunacaq dövlətin ölkəmizdəki konsulluq xidmətində leqallaşdırılır.

Leqallaşdırma prosesinə necə müraciət edə bilərik?

Leqallaşdırma orijinal sənədə və ya onun tərcüməsinə münasibətdə həyata keçirilə bilər.

Sənəd aşağıdakı qaydada təqdim edilə bilər:

  • bilavasitə sənəd sahibi tərəfindən;
  • üçüncü şəxslər tərəfindən.

Bu prosesdə sizi üçüncü şəxslər təmsil edirsə, həmin şəxsin adına etibarnamə verməlisiniz. Leqallaşdırma üçün ASAN xidmət mərkəzləri və ya notariat kontorları vasitəsilə də müraciət edə bilərsiniz.

Bu proseslə bağlı sizə təqdim etdiyimiz xidmətlər

Əgər Azərbaycanda deyilsinizsə, lakin sənədlərinizin leqallaşdırılmasına ehtiyac varsa, komandamızın peşəkar hüquqşünasları ilə əlaqə saxlayaraq sənədlərinizin leqallaşdırılması prosesini bizə həvalə edə bilərsiniz. Komandamızın peşəkar hüquqşünasları sizə sənədlərinizin leqallaşdırılması ilə bağlı aşağıdakı xidmətləri göstərir:

  • sənədlərin əslinin leqallaşdırılması;
  • sənədlərin tərcümələrinin leqallaşdırılması;
  • leqallaşdırılmış sənədlərin sizə göndərilməsi.

Sənədlərinizin təcili leqallaşdırılmasına ehtiyacınız varsa, ACON komandasının peşəkar hüquqşünaslarına müraciət edərək bu prosesi daha asan və tez başa çatdıra bilərsiniz.

Əlavə olaraq, “Apostil xidmətləri” ilə əlaqəli ətraflı məlumat üçün linkə dixil ola bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

VƏKİL XİDMƏTİOfis
Hüquqi xidmətlərdən yararlanmaq üçün bizə müraciət edə bilərsiniz
AZ1025, Azure Biznes Mərkəzi, 26-cı mərtəbə, 165B Bakı, Azərbaycan
Bizimlə əlaqəSosial şəbəkələr
Sosial mediada bizi izləyin!
Bizimlə əlaqəSosial şəbəkələr
Sosial mediada bizi izləyin!
MenyuFaydalı keçidlər
MenyuFaydalı keçidlər
ACONOffice
Reach out or visit our office to access ACON's exceptional services for your needs
GET IN TOUCHACON Social Links
Follow us on social media to stay updated and connected with ACON