Xarici məhkəmə qərarlarının tanınması

24 May 2024by info@acon.az0
AllBloq

Xaricdə yaşayan azərbaycanlıları, əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri maraqlandıran məsələlərdən biri də hər hansısa xarici ölkədə qəbul edilmiş məhkəmə aktının Azərbaycan Respublikasında tanınması və icra edilməsi ilə bağlıdır. İlk öncə qeyd edək ki, xarici məhkəmə aktlarının Azərbaycan Respublikasında tanınması prosesi mümkün olan bir prosesdir, lakin bunun üçün qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlər və qaydalar mövcuddur.

Xarici məhkəmə qərarlarının tanınması şərtləri

Xarici dövlətlərin məhkəmələrinin qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında tanına və icra edilə bilər.  

Xarici dövlətlərin məhkəmələrinin  qətnamələri dedikdə, mülki işlər və kommersiya mübahisələri üzrə qətnamələr, cinayət işləri üzrə hökmlərin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə hissələri,  habelə xarici dövlətlərin digər aktları başa düşülür. 

Xarici məhkəmə qətnamələrinin tanınması və məcburi qaydada icra olunması barədə ərizələrə Ali Məhkəmə tərəfindən baxılır.

Xarici dövlətin məcburi icra olunması tələb edilməyən məhkəmə qətnamələri, maraqlı şəxs tərəfindən buna qarşı etiraz daxil olmamışsa, hər hansı sonrakı icraat olmadan tanınır.

Praktikada şəxslərin tanınması üçün ən çox müraciət etdiyi məhkəmə qərarları ailə mübahisələri ilə əlaqəli olanlardır. Bununla bağlı Mülki Prosessual Məcəllədə ayrıca qayda nəzərdə tutulmuşdur. Belə ki, əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı təminatından asılı deyildir. Məsələn, əgər sizin nikahınız X ölkədə pozulmuşdursa bu qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən heç bir şərtsiz tanınmalıdır.

Burada belə bir halda mövcuddur ki, əgər aralarında nikah pozulan ər-arvadın hər ikisi qətnamə qəbul edilən zaman nikahı pozan orqanın aid olduğu dövlətin vətəndaşı olmuşsa, qətnamənin tanınması tələb olunmur.

Xarici məhkəmə qərarlarının icra edilməsindən imtina üçün əsaslar

Aşağıdakı hallarda məhkəmənin qətnaməsini məcburi qaydada icra etməkdən imtina edilməsinə yol verilir:

  • işə baxılması Azərbaycan Respublikası məhkəməsinin müstəsna səlahiyyətinə aiddirsə;
  • işdə iştirak edən şəxs işə baxılması barədə bildirişin vaxtında və lazımi qaydada ona verilməməsi nəticəsində prosesdə iştirak etmək imkanından məhrum olmuşsa;
  • eyni tərəflər arasında, eyni predmetə dair və eyni əsaslar üzrə Azərbaycan Respublikası məhkəmələrinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və ya digər dövlətin məhkəməsində iş qaldırılmazdan əvvəl Azərbaycan Respublikası məhkəmələrinin icraatında eyni şəxslər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qaldırılmış iş varsa;
  • qətnamə, ərazisində həmin qətnamə çıxarılan dövlətin qanunvericiliyi üzrə qanuni qüvvəyə minməmişsə;
  • qətnamənin icrası Azərbaycan Respublikası qanunvericiliyinin əsas prinsipləri və suverenliyi ilə ziddiyyət təşkil edirsə;
  • xarici dövlətin qarşılıqlı əlaqələri təmin olunmursa.

Xarici dövlətlərin qarşılıqlı əlaqələrinin təmin olunması dedikdə dövlətlər arasında bağlanmış müqavilələr nəzərdə tutulur. Azərbaycan Respublikası ilə digər ölkələr arasında bağlanmış ikitərəfli hüquqiyardımla bağlı müqavilələrə əsasən xarici məhkəmə qərarlarının tanınması həyata keçirilə bilər.

Bu sahədə sizə təqdim etdiyimiz xidmətlər

Əgər sizin barənizdə xarici məhkəmələr tərəfindən çıxarılmış məhkəmə qərarı mövcuddursa və onun Azərbaycan Respublikasında tanınması və icra olunmasını istəyirsinizsə bu prosedurun həyata keçirilməsi üçün peşəkar hüquqşünaslara müraciət edə bilərsiniz.

Komandamızın hüquqşünasları sizə bu prosedur üçün zəruri sənədlərin toplanması, ərizənin hazırlanıb Ali Məhkəməyə müraciət edilməsi, məhkəmə qərarlarının icrası prosesinə nəzarətin edilməsi yönündə professional xidmətlər təklif edir.

Əgər sizin də bu proses üçün peşəkar vəkillərə ehtiyacınız varsa elə indi bizimlə əlaqə saxlaya bilərsiniz!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

VƏKİL XİDMƏTİOfis
Hüquqi xidmətlərdən yararlanmaq üçün bizə müraciət edə bilərsiniz
AZ1025, Azure Biznes Mərkəzi, 26-cı mərtəbə, 165B Bakı, Azərbaycan
Bizimlə əlaqəSosial şəbəkələr
Sosial mediada bizi izləyin!
Bizimlə əlaqəSosial şəbəkələr
Sosial mediada bizi izləyin!
MenyuFaydalı keçidlər
MenyuFaydalı keçidlər
ACONOffice
Reach out or visit our office to access ACON's exceptional services for your needs
GET IN TOUCHACON Social Links
Follow us on social media to stay updated and connected with ACON